BolgeXeber.Com » Xəbərlər » Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi

Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi

15-11-2019, 17:47
Oxunub: 1 942 Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi15 noyabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhəri İ.Qayıbov küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir

Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər sakinləri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə şəhər sakinlərinə məlumat verdi.

Görüş zamanı şəhər sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi
Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi