BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin etdi

Vilayət Eyvazov Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin etdi

16-11-2019, 10:50
Oxunub: 1 907 Vilayət Eyvazov Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin etdiDaxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub. O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib.

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.