BolgeXeber.Com » Bölgə » Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar
18-11-2019, 10:54
Oxunub: 5 398
“Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyaya cəbhə bölgəsində yerləşən Füzuli rayonunun məktəbliləri də böyük həvəslə qoşulublar.
Noyabrın 18-də Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunun məktəblilərinin Lənkəran-Astara-Masallı istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Odur ki, tur-aksiya məktəblilərin böyük marağına səbəb olacaq, onların yaddaşında silinməz iz qoyacaq.
Mərasimdə musiqi nömrələri və bədii kompozisiya nümayiş olunub. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və valideynlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər. Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, sonra onlar üçün ayrılmış avtobusla Cənub bölgəsinə yola düşüblər.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə