BolgeXeber.Com » Şou-Biznes » İki milyon dollarlıq Beren Saat

İki milyon dollarlıq Beren Saat

23-04-2013, 11:15
Oxunub: 15 857 Türkiyəli aktrisa Beren Saata yeni reklam təklifi gəlib.
Bolgexeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “İntiqam” serialı ilə daha da məşhurlaşan Beren sabun firmasının siması olacaq. Aktrisa bu reklam müqabilində iki milyon dollar gəlir əldə edəcək. “Türkiyənin “Kanal D” televiziyasında “İntikam” serialı ilə izləyicilərin qarşısına gələn məşhur aktrisa bir müddət əvvəl Beren Saat yaxası açıq dekoltəli geyimi ilə diqqət mərkəzində olub.