BolgeXeber.Com » Xəbərlər » Azərbaycanlı qadın məmur sakinlərlə görüşə helikopterlə getdi

Azərbaycanlı qadın məmur sakinlərlə görüşə helikopterlə getdi

19-11-2019, 13:46
Oxunub: 2 886 Azərbaycanlı qadın məmur sakinlərlə görüşə helikopterlə getdiAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib

Unikal.org xəbər verir ki, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib.
Komitə sədrini Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.
Xəbəri Ağdam Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.