Oqtay Gülalıyev İstanbuldakı Amerikan xəstəxanasına köçürülüb
19-11-2019, 17:22
Oxunub: 4 115
Türkiyənin "Avrasiya" klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan xəstəxanasına köçürülüb.
“Report” xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülaliyev öz "Facebook" hesabında məlumat verib.
“Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - T.Gülalıyev əlavə edib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.
Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər