BolgeXeber.Com » İdman » AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu

AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu

20-11-2019, 10:37
Oxunub: 3 934 AVRO-2020: Azərbaycan yığması son matçda da uduzduAzərbaycan millisi “AVRO-2020″nin seçmə mərhələsində son oyununu keçirib

Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Hesabı 19-cu dəqiqədə Robert Bojenik açıb. 86-cı dəqiqədə isə Marek Hamşikin zərbəsindən sonra top Bəhlul Mustafazadəyə dəyərək qapıya daxil olub.
Bu nəticədən sonra Slovakiya 13-cü xalını qazanıb, Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub.
E qrupunun digər oyununda Uels Macarıstanı məğlub edərək (2:0) həlledici raunda yüksəlib. Slovakiya isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını itirib.