BolgeXeber.Com » Xəbərlər » Sabunçuda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Sabunçuda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20-11-2019, 17:47
Oxunub: 3 483 Sabunçuda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” ASC-yə ilkin olaraq 3 milyon manat ayrıldı.