BolgeXeber.Com » Bölgə » Hacıqabulun axundu həbs olunub

Hacıqabulun axundu həbs olunub

17-04-2011, 12:40
Oxunub: 5 562
Hacı Vaqif hakimiyyəti tənqid etdiyinə görə saxlanılıb

Hakimiyyət son günlər gərginləşən vəziyyəti sabitləşdirməyə çalışır. Lakin bu zaman istifadə etdiyi vasitələr o qədər aqressivdir ki, nəticə etibarı ilə proseslər özünə qarşı çevrilir. Eyni zamanda, əhalidə ciddi narazılıq yaradır.

Dünən daha bir belə hadisə baş verib. Bolgexeber.com-a çatan məlumatlara görə, dünən Hacıqabul məscidinin axundu Hacı Vaqif polis tərəfindən saxlanılaraq həbs olunub. Həbsin səbəbi isə axundun bir neçə gün bundan əvvəl hakimiyyəti sərt şəkildə tənqid etməsi olub.

P.S. Məsələni dəqiqləşdirməyə çalışırıq.