BolgeXeber.Com » Xəbərlər » Sumqayıt Dövlət Universitetində Dövlət Başçısının çağırışlarına məhəl qoyulmur

Sumqayıt Dövlət Universitetində Dövlət Başçısının çağırışlarına məhəl qoyulmur

22-11-2019, 13:26
Oxunub: 3 567 Sumqayıt Dövlət Universitetində Dövlət Başçısının çağırışlarına məhəl qoyulmurÇalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Dosye.org saytının elektron ünvanına Sumqayıt Dövlət Universitetinin Universitetinin tələbə və gənc laborantları adından dövlət qurumlarına şikayət məktubu daxil olub. Məktubun məzmunu ilə sizi tanış edirik:

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbəri Hörmətli cənab Samir Nuriyevə

Surəti: “HEYDƏR ƏLİYEV FONDU”nun vitse-prezidenti hörmətli Leyla Əliyevay

Surəti: Azərbaycan Respublikasının Baş Naziri Cənab Əli Əsədova

Surəti: Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramov

Surəti: Azərbaycan Respublikasının Təhsil İnstitutuna Surəti: Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna

Sürəti: Azərbaycan Respublikasının Gənclər Fonduna

Prezident İlham Əliyev gələcəyimiz olan gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıb, onların təhsil, sosial məsələlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili istiqamətində çox mühüm Sərəncamlar və Fərmanıar imzalamışdır. Cənab Prezidentimiz Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bütün sahələrdə kadr islahatları aparır, gənclərin vəzifədə irəli çəkilməsi üçün göstərişlər verir, Ölkənin ali təhsil ocaqlarındakı vəzifələri isə yaşları 70-i ötən pensiyanerlər zəbt edib. Yaddaşları olmayan, gözləri görməyən, qulaqları eşitməyən naftalin iyi verən qoca müəllimlər tələbələri mənəvi cəhətdən şikəst ediblər. Bu qoca müəllimlər hamını bezdirib. Orta məktəblərdə pensiya yaşı tamam olan müəllimlər dərhal işdən azd edilir. Lakin ali təhsil ocaqlarında bu tətbiq edilmir. Qoca pensiyaner müəllimlər tələbələri bədbəxt etməklə məşğuldular. Nə üçün Ali təhsil ocağına təhsil almaq üçün gələn tələbələr qoca müəllimlərin kaprizlərinə dözmək məcburiyyətində qalmalıdırlar ? Hələ bu harasıdır ? Hətta Sumqayıt Dövlət Universitetində tələbələrlə müəllimləri bir-birindən ayıra bilməyən yaddaşını itirən qoca müəllimlər də var. SDU-da onların öz ləqəbləri var : “canlı meyidlər” Ali təhsilli gənc müəllim kadrlar işsiz qalıb. Bir çoxu illərdir labarant işləyir. Biz gözləməliyik ki, bu qoca naftalin iyi verən pensiyaner müəllimlər nə vaxt dünyasın dəyişəcək ?

Təsəvvür edin, Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Ramazan Məmmədovun 75 yaşı var. Pensiyasın da alır, maaşın da. Amma cavanlar işsizdir. 75 yaşlı pensiyaner hara innovasiya hara ? Təhsil Naziri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və s. səlahiyyətli şəxslər hara baxır ? Nə üçün orta məktəblərdə olduğu kimi pensiya yaşı tamam olan müəllimlər pensiyaya göndərilmir ? Nə üçün Cənab Prezidentimizin apardığı gəncləşmə siyasətinin əleyhinə və AR ƏM-nin tələblərinə əməl olunmur ? AR ƏM-nin 10-1.1 maddəsindəDövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. maddəsində isə Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Əmək Məcəlləsinə məhəl qoyulmaması bir yana, Cənab Prezidentimizin apardığı gəncləşmə siyasətinə açıq şəkildə saymamazlıq edilir. Universitetin humanitar məsələlər üzrə prorektoru cənab Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədridir. Hakim və nüfuzlu bir Partiyanın sədri olaraq hörmətli Ramiz müəllim bu məsələni xüsusi nəzarətdə saxlamalıdır. Xahiş edirik Cənab Prezidentimizin yürütdüyü gəncləşmə siyasətini, AR ƏM-ni rəhbər tutaraq Sumqayıt Dövlət Universiteti başda olmaqla bütün ali təhsil ocaqlarında pensiya yaşı tamam olan bütün müəllimlər pensiyaya göndərilsin. Onların yerini gənc kadrlar tutsun. Biz müstəqil Azərbaycan Respublikasının vətəndaşları olaraq hər zaman Cənab Prezidentimizin yanındayıq və Onun yürütdüyü siyasi kursu dəstəkləyirik. Sizdən artıq dərəcədə xahiş edirik problemin həllində bizə yardımçı olasınız. Öncədən Sizə minnətdarlıq edirik.