BolgeXeber.Com » Xəbərlər » Sumqayıt- Bakı qatarı yolda qaldı

Sumqayıt- Bakı qatarı yolda qaldı

22-11-2019, 16:05
Oxunub: 2 010 Sumqayıt- Bakı qatarı yolda qaldıBu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib.

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir”, -deyə açıqlamada qeyd olunub.