BolgeXeber.Com » Xəbərlər » Xəstəxanaya yerləşdirilən deputatdan xəbər VAR

Xəstəxanaya yerləşdirilən deputatdan xəbər VAR

22-11-2019, 16:07
Oxunub: 1 910 Xəstəxanaya yerləşdirilən deputatdan xəbər VAR“Yevda Abramovun səhhətində problem yarandığından Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarəti altındadır”.

Bunu Modern.az-a deputat Vahid Əhmədov həmkarı Yevda Abramovun səhhəti barədə danışarkən deyib.Vahid Əhmədov Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür də edib:

“Yevda Abramovun səhhətini Heydər Əliyev Fondu nəzarətə götürüb. Yevda müəllimin səhhəti ilə yaxından maraqlanırlar. Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə xüsusi təşəkkür edirəm. Çox sağ olsun ki, bu məsələ ilə bağlı yaxından maraqlanır”.V.Əhmədov Y.Abramovun Rusiyada yaşayan oğlu Elçin Abramovun da Bakıya gəldiyini bildirib.



Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.