BolgeXeber.Com » İdman » "Bavariya" "Barsa"-nı darmadağın etdi – VİDEO

"Bavariya" "Barsa"-nı darmadağın etdi – VİDEO

24-04-2013, 09:25
Oxunub: 4 803 İlk oyun günündə Avropanın iki nəhəngi – Almaniyanın “Bavariya” klubu ilə İspaniyanın “Barselona” klubu üz-üzə gəlib. Oyuna maraq həddindən artıq çox olsa da, azarkeşlər yalnız bir komandanın - "Bavariya"nın baxımlı oyununu izləyib. "Barselona" isə adına yaraşmayan oyunu ilə yadda qalıb. Nəticədə "Bavariya" rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cavab qarşılaşması mayın 1-də baş tutacaq.

Çempionlar Liqası, yarımfinal, ilk oyunlar

23 aprel

23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 4:0
Qollar: Tomas Müller, 25 (1:0), 82 (4:0), Mario Qomes, 49 (2:0), Aryen Robben, 73 (3:0)