BolgeXeber.Com » İdman » “Real”ın biabırçı məğlubiyyəti -VİDEO

“Real”ın biabırçı məğlubiyyəti -VİDEO

25-04-2013, 08:55
Oxunub: 4 540 Levandovkinin 4 qolu “Borrusiya”ya qələbə gətirdi
Çempionlar Liqasıda yarımfinal mərhələsinin ilk oyunları başa çatıb. “Barselona”nın ardınca daha bir nəhəng İspaniya klubu - “Real” darmadağınla üzləşib. Dortmund “Borrusiya”sı öz meydanında “Kral klubu”na 4:1 hesabı ilə qalib gəlib.
Almaniya klubunun qollarının hamısını polşalı hücumçu Robert Levandovski vurub. Kriştianu Ronaldu “Borrusiya”nın ilk qolundan sonra hesabı bərabərləşdirsə də, meydan sahibləri sonradan hesabı darmadağın həddinə çatdıra biliblər.
Cavab oyunu aprelin 30-da Madriddə keçiriləcək.