BolgeXeber.Com » Şou-Biznes » Musa Musayevin qardaşı: "Təranə Qumralın əvvəlki ərini axtarıram, qan salacağam"

Musa Musayevin qardaşı: "Təranə Qumralın əvvəlki ərini axtarıram, qan salacağam"

28-04-2013, 08:25
Oxunub: 5 540 Əli Musayev: “Təranə kim olduğunu unudubsa, kimliyini yadına salım...”
Müğənni Təranə Qumral müsahibəsində onun ailəsində baş verən olaylara görə, qaynı Əli Musayevi ittiham edib. O bildirib ki, qaynı Əlinin 55 yaşında başını soxacaq bir yeri yoxdursa, kirayələrdə yaşayırsa o, hansı haqla kiməsə ağıl öyrədə bilər?

Bolgexeber.com AzNews.az-a istinadən bildirir ki, Əli Musayevin sözlərinə görə, elə bir qiyamət qopacaq ki, onun qarşısında Niyaməddin Musayev belə dayana bilməyəcək:

“Mən Təranə Qumralın əvvəlki əri Mövludu axtarıram. Elə bir qan salacam ki, Təranə doğulduğuna peşman olacaq. Onu yaman günə qoyacam. Arxivləri açacam, özü də efirdə. Təranə məni şantaj edib. Əsl qırğın və şou isə daldadır. Təranə kim idi? Mən onun kimliyini yadına salım. Təranə ilk əvvəl tanınmış bir müğənninin arvadının saç ustası olub. “Nərimanov”da saç düzəldirdi. Keçmişini yada salsın.

Həmin müğənni Rusiyaya səfər edəndə onu da özü ilə götürüb. Musa, Cabbar da onunla orada tanış olub. Biz əmim Niyaməddin Musayevin sifarişi ilə Musanın və Təranənin bütün müsahibələrini saxlayırıq. Niyaməddin Musayev gələndən sonra onlarla tanış olub öz qərarını verəcək. Ondan sonra sular bir az bulanacaq. Hərə çəkilib yerində oturacaq. Musa ölənə kimi Niyaməddin müəllimlə, Cabbara borcludur.

Və Musa şəxsən mənə borcludur. “Mercedes” markalı maşınım onun borcunun güdazına gedib. Onu öldürürdülər. Gəlib yalvardı ki, “məni Təranə evə qoymur”. Mən də o pulun müqabilində “Mercedes” maşınımı verdim. Yaxşı, pulumu niyə vermirsən? Rusiyada Musanı səbirsizliklə gözləyirlər. Onlar orada böyük sürprizlə qarşılaşacaq. Onu çırpacaqlar, Bakıya tanınmaz halda qayıdacaq”.