BolgeXeber.Com » Fotoqalereya » “Azəryolservis”in rəhbəriCavid Qurbanovla bağlı şok görüntü-Foto

“Azəryolservis”in rəhbəriCavid Qurbanovla bağlı şok görüntü-Foto

29-04-2013, 10:10
Oxunub: 4 467 ASC prezidentinin ilginc fotosu: Cavid Qurbanov kimə pul verir?

“Azəryolservis”in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı şok faktlar daxil olub. Dia.az-ın elektron poçtuna göndərilən məktubda bildirilir ki, boğaza qədər korrupsiyaya bulaşan Cavid Qurbanov hər kəslə eyni qaydada – rüşvət dili ilə alışmağı da vərdiş edib.

Elə göndərilən fotoda da ASC prezidentinin polkovnik rütbəli birisinə rüşvət verdiyi görünür. Fotonu qollayan qaynaq yazır: “Sizə bir şəkil göndərirəm. Xahiş edirəm, Cavid Qurbanovdan soruşun ki, polkovnik rütbəli bu zabitə nə verir və niyə verir?

Sonra soruşun ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan milyonları dəstələyib, paketləyib və çemodanlara yığaraq inkassator maşını ilə hansı ünvanlara və niyə göndərir?”..

Onu da bildirək ki, redaksiyamıza Cavid Qurbanovla bağlı əlavə faktlar da daxil olub. Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq...