BolgeXeber.Com » Dünya » Generalı və onun iki oğlunu güllələdilər

Generalı və onun iki oğlunu güllələdilər

19-04-2011, 22:30
Oxunub: 5 140
Qatillər kimliyi bilinmir.

Bolgexeber.com xəbər portalı Suriyanın SANA agentliyinə istinadən bildirir ki, general Abdo Hodra Tilaui, onun iki oğlu və qardaşıoğlu Homs şəhərinin kənarında güllələniblər. Qatillər sonradan cəsədləri təhqir ediblər.

Kütləvi iğtişaşların yaşandığı Homsda Suriya ordusunun iki zabiti də öldürülüb.

Müxalifət isə bildirir ki, generalı, onun oğullarını və iki zabiti Suriya prezidenti Bəşər Əsədin qardaşı Maher Əsədin adamları öldürüblər. İsrailin "Kol İsraiel" radiosunun məlumatına görə, general və digər şəxsləri Homsda aksiya iştirakçılarına qarşı silah tətbiq etməkdən boyun qaçırdıqlarına görə güllələyiblər.