BolgeXeber.Com » İdman » “Bakı“ “Atletiko“ya uduzdu: 0:3

“Bakı“ “Atletiko“ya uduzdu: 0:3

1-05-2013, 08:55
Oxunub: 4 968 Dünən "Bakı" klubu ilə Madridin "Atletiko" komandaları arasında yoldaşlıq oyunu keçirilib

Bolgexeber.com -un məlumatına görə, matç bu klubların bir neçə aydır davam edən əməkdaşlığı çərçivəsində baş tutub."Bakı" klubu bu oyunda bütün gənc oyunçularına şans verib. Maraqlı keçən oyunda "Atletiko" 3:0 hesabı ilə qalib gəlib. (Oliver Torres, 43 (0:1), Raul Qarsiya, 83 (0:2), 88 (0:3)Qeyd edək ki, Madrid klubunun öncə Azərbaycanın ulduz futbolçularından ibarət komandası ilə görüşü nəzərdə tutulmuşdu.Lakin milli komandanın baş məşqçisi Berti Foqts oyunun bu formatda keçirilməsinə əngəl olub. Bu səbəbdən bu gün "Atletiko"ya qarşı "Bakı" komandası mübarizə aparıb.