BolgeXeber.Com » Siyasət » Əhəd Abıyev Bakı meri olmaq istəyir?

Əhəd Abıyev Bakı meri olmaq istəyir?

21-04-2011, 13:15
Oxunub: 6 057
Daşkəsənin icra başçısının bir neçə qəzetdə bununla bağlı təbliğat apartdırmaq üçün maliyyə ayırdığı deyilir

Bir müddət əvvəl Daşkəsənə icra başçısı göndərilən Əhəd Abıyevin yeni planı üzə çıxıb. Bu barədə Bolgexeber.com-a məlumat verən mənbənin iddiasına görə, keçmiş deputat bir müddət ucqar dağ rayonunda işlədikdən sonra Bakıya transfer olunmaq istəyir.

Məlumatda deyilir ki, hal hazırda bu istiqamətdə işlər görməyə başlayan Abıyev istəyini reallaşdırmaq üçün qəzetlərin də imkanlarından yararlanmağa çalışır. Mənbənin bildirdiyinə görə, keçmiş deputatın əsas hədəfi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaqdır. Bu məsələdə isə ona tanıdığı və salam-əleyk elədiyi qəzetlər təbliğat işlərində yardımçı olacaqlar. Mənbə həmçinin onu da iddia edib ki, Əhəd Abıyev həmin təbliğatı aparmaq məqsədi ilə bir neçə qəzetə maliyyə də ayırıb.