BolgeXeber.Com » İdman » Vladimir Kliçko çempion titulunu qorudu -VİDEO

Vladimir Kliçko çempion titulunu qorudu -VİDEO

5-05-2013, 09:10
Oxunub: 4 933 Ukraynalı boksçu italiyalı Françesko Pyanetanı üç dəfə yerə sərib
Ukraynalı Vladimir Kliçko peşəkar boksçular arasında dünya çempionu titulunu qoruyub. Anspressin məlumatına görə, Almaniyada keçirilən 12 raundluq döyüşdə Vladimir Kliçko italiyalı Françesko Pynetaya 6-cı raundda texniki nokautla qalib gəlib.

İtaliyalı üç dəfə - 4-cü, 5-ci və 6-cı raundlarda döşəməyə yıxılıb. Üçüncü dəfədən sonra hakim belə qərara gəlib ki, Pyaneta döyüşü davam etdirə bilməz.

Beləliklə, Vladimir Kliçko peşəkar rinqdə 60-cı qələbəsini (51 nokaut) qazanıb və cəmi 3 dəfə məğlub olub. Ukraynalı boksçu Beynəlxalq Boks Federasiyasının titulunu 14-cü, Beynəlxalq Boks Assosiasiyasının titulunu 10-cu, Dünya Boks Assosiasiyasının "Superçempion" titulunu isə 4-cü dəfə qoruyub. O, Co Luis və Larri Holmsdan sonra tarixdə çempion titulunun qorunması sayına görə üçüncü yerdədir.