BolgeXeber.Com » Müsahibə-Reportaj » “BolgeXeber.com”un adından kimlər “reket”lik edir?

“BolgeXeber.com”un adından kimlər “reket”lik edir?

11-08-2010, 18:35
Oxunub: 6 747
Son zamanlar, “BolgeXeber.com” saytına bəzi “reketlik” və “şantaj” halları ilə bağlı şikayət və müraciətlər daxil olur.

Belə ki, Azərbaycanın müxtəlif bölgələrindən sayt rəhbərliyinə verilən məlumata görə, “BolgeXeber.com” saytı adından istifadə edən bir kişi və bir qadın, bölgələrdə yerləşən müxtəlif qurumların rəhbərlərinə hədə-qorxu gələrək, yüksək məbləğdə pul tələb edirlər.

Saytın adına ləkə gətirən bu cür qanunsuz hallar saytın rəhbərliyini çox narahat edir. Hadisə ilə bağlı olaraq, saytın rəhbəri Vasif Turan bildirib ki, sayt rəhbərliyi bu cür işlərə maraq göstərmir və əməkdaşlarının rüşvət almasına qarşı çıxır. Kollektivdə ciddi nəzarətin olduğunu deyən Vasif Turan bildirib ki, istənilən oxşar hal olduqda, mütləq saytın rəhbərliyi ilə əlaqə saxlanılmalıdır.

Sayt rəhbəri eyni zamanda onu da qeyd etd ki, hadisə ilə bağlı artıq qeyri-rəsmi araşdırma aparılır və yaxın günlərdə, aidiyyatı olan rəsmi qurumlara da bu barədə xəbər veriləcək. “BolgeXeber.com”un rəhbrinin sözlərinə görə, saytın imicinə ləkə gətirəcək heç bir bənzər olayın baş verməsinə yol verilməyəcək. İstənilən halda, hər bir narazılığın hüquqi müstəvidə dəyərləndirilməsi naminə, sayt rəhbrəi şəfafflıq və qanunçuluğun tərəfində olduğunu vurğulayıb.