BolgeXeber.Com » Media » Baş redaktor həbs oluna bilər

Baş redaktor həbs oluna bilər

13-05-2013, 15:45
Oxunub: 4 348 Prokuror baş redaktora 5 il həbs cəzası istədi

Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.

“Gündəm xəbər” qəzetinin baş redaktor Nəsimi Şərəfxanlı Bolgexeber.com-a bildirib ki, bu gün keçirilən məhkəmə prosesində dövlət ittihamçısı hakimdən "Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmasını xahiş istəyib.

Məhkəmə prosesində müdafiə tərəfinin təqdim etdiyi vəsatətlər hakim tərəfindən rədd edilib. Müdafiə tərəfinə çıxış üçün vaxt verilməyib.