BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı müğənninin fantastik toy qiyməti- 130 min avro! - - SİYAHI

Azərbaycanlı müğənninin fantastik toy qiyməti- 130 min avro! - - SİYAHI

16-05-2013, 15:45
Oxunub: 12 727 Azərbaycanlı müğənnilərin toy qiymətlərini onların öz dilindən öyrənildi
May ayında el şənlikləri az olur. Ya da heç olmur. Şou əhlinin də başı qarışır elə şou proqramlara. Bir azdan yenə toy mövsümü başlayacaq. İstədik öyrənək görək, şou əhlinin toy qiymətlərində yenilik yoxdu ki?
Əvvəlcədən onu qeyd edək ki, bir çoxları toy qiymətlərini açıqlamaqdan boyun qaçırdı. Bir qismi isə şişirdilmiş məbləğ söylədi. Amma real qiymət deyənlər də oldu.

Lent.az müğənnilərin toy qiymətlərini təqdim edir.

“Faytonçu” ləqəbi ilə tanınan Nazim Pişyari toy qiymətinin stabil olduğunu bildirdi. Toyu əvvəldən axıracan idarə etmək 5000 manat, yarım saatlıq çıxış isə 2000 manata.

“Elit Star” ləqəbi ilə tanınan Cəmilə İsgəndərova isə el şənliklərinə daim eyni qiymətlərə getmədiyini söyləyib. “Bilirsiniz, bəzən tanış adamlar çıxır ki, onların toylarını pulsuz idarə edirəm. Amma normalda mənim toy qiymətim 4-5 mindir. Yarım saatlıq çıxışım 500-800 manat arasında dəyişir. Bəzi müğənnilər kimi yalandan qiymət demirəm. Daim neçəyə gedirəmsə, onu da söylədim”.

Müğənni Nura Suri bütöv toy idarə etmir. Ancaq yarım saatlıq: 1500 manata.


Müğənni Zarina Məmmədova da onun kimi, 1500 manata.

Müğənni Ayan Bababkişiyeva da eləcə. Amma bir az baha, 2 min, 2 min 500 manata.


Meyxanaçı Namiq Qaraçuxurlunun isə toy qiyməti Bakıda ayrı, bölgələrdə ayrıdır. Prodüseri Ataş Hüseynin bildirdiyinə görə, Namiqin paytaxtda 30 dəqiqəlik çıxışı 3000 manat, respublikamızın rayonlarında isə 60 dəqiqəsi 6000, bəzən 8000-10000 manat arası dəyişir.


Müğənni Natavan Həbibinin yarım saatlıq çıxışı toy sahiblərinə 3000 manata başa gəlir.



Müğənni Rəqsanə İsmayılovanın yarım saatı 3500 manatdır. Bütöv toyu isə ansamblla 9000 manata idarə edir. Rusiyada isə qiymət bir qədər də yuxarıdır: ansamblsız bütöv toy 15000,. ansamblla 20000 manata.


Müğənni Elvin Abdullayev bütöv toyu 4000 manata aparır. Yarım saatlıq çıxışı isə 700 manatdır.


“Eurovision” təmsilçimiz Səbinə Babayevanın toyda öz musiqiçiləri ilə birgə 1 saatlıq çıxışı 10000 manatadır.


Müğənni Günay İbrahimli bütöv toya 5 minə gedir, yarım saatlıq isə 1000 manata.


Müğənni Zamiq Hüseynovun yarım saatlıq çıxışı 2500 manatadır.


Xalq artisti Zülfiyyə Xanbabayevanın prodüseri Nigarla isə əvvəlcə toyun harada keçiriləcəyin soruşdu. “Toy harda olacaq? Kimdir danışan?”.
Jurnalist olduğumuzu bilib, “Zülfiyyə xanım toylara pulla getmir. Ancaq qohum, dost-tanış toyuna gedir. Sağ olun, mən xaricdəyəm. Başqa bir söz deyə bilmirəm. Bir sözlə toylara getmir”, - deyə bildirdi.

“Toylar kralı” Manaf Ağayev isə yarım saatlıq toy idarə etmir: “Mən çox vaxt bütöv toy idarə edirəm. El şənliyində məni görmək istəyən insan 4-5 min manatından keçməlidir”.


Müğənni Nadir Qafarzadəni toyunda görmək istəyənlər 11 min.


Xalq artisti Səməd Səmədovu dəvət etmək istəyənlər isə 4 min manatından keçməlidirlər. Səməd bəyin yarım saatlıq çıxışı isə 1000 manatadır.

Müğənni Ramal İsrafilov bütöv toyu 10-12 min manata idarə edir. Yarım saatlıq çıxışı isə 3000-3500 manat arasında dəyişir.

Xalq artisti Brilliant Dadaşovanın prodüseri Nigar isə toy qiymətini söyləməkdən imtina etdi: “Mən hələ baxmalıyam toy haradadır? Həmin günə yer boş olandan sonra, qiyməti deyə bilərəm. Belə qiyməti demirik”. Amma məlumata görə xalq artisti bütöv toyu 10.000 - 12.000 arası qiymətə idarə edir. Yarım saatlıq çıxışı isə 4000 manatadır.

Digər müğənnilərin toy qiymətləri isə aşağıdakı kimidir:

Xumar Qədimova – 8000 Azn


Xatirə İslam - 7000-8000 Azn

Ruhəngiz Allahverdiyeva - 4000 Azn

Nazənin – 4000 Azn

Baloğlan Əşrəfov - 3500-4000 Azn

Elton Hüseynəliyev- 7000 Azn

Abbas Bağırov - 12 000 Azn


İradə İbrahimova - 10 000 Azn

Elnarə Abdullayeva – 6000-7000 Azn

Xalq artisti Bilal Əliyev toy qiymətin qalxdığını söyləyib: “Əvvəllər mənim toy qiymətim 100 min avro idisə, indi bu rəqəm artıq bir neçə gündür ki, qalxıb. 130 min avro olub. Bu qiymətə həm Azərbaycanda, həm də xaricdəki həmvətənlərimizin toyunda iştirak edirəm”.