BolgeXeber.Com » Sosial » Misir Mərdanovun da qələmini belə qırdılar

Misir Mərdanovun da qələmini belə qırdılar

26-04-2011, 01:20
Oxunub: 5 693
Artıq Hesablama Palatası Təhsil Nazirliyində yoxlama aparacağı barədə acıqlama yayıb

Məlum olduğu kimi ölkədə kadr islahatlarının aparılması haqqında söz söhbətlər səngimirdi. Əsasən xalqın narazı olduqları sahələrdən də biri Təhsil sistemi idi. Və bununla bağlı hələ xeyli müddət əvvəl Misir Mərdanovun vurulacağı haqda şayələr dolaşırdı. Deyəsən dolaşan şayələrin reallaşdığı vaxt yetişib. Artıq Hesablama Palatası Təhsil Nazirliyinə və “Azərlotereya” ASC-nin ayrılan vəsaitlərin təyinatı istifadəsini yoxlamaq haqda qərər qəbul edib və bu haqda ictimayyəti də məlumatlandırıblar.
Palatadan Bolgexeber.com-a verilən məlumata görə, bu barədə qurumun növbəti Kollegiya iclasında qərar qəbul olunub. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil bölməsi üzrə Təhsil Nazirliyinə (o cümlədən, məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara, uşaq evlərinə və digər təhsil müəssisələrinə) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə və “Azərlotereya” ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi, emissiya edilən lotereyaların həcmi, strukturu, satışı və əldə edilən vəsaitlərin təyinatı üzrə istifadəsinə dair Audit proqramları təsdiq edilib.

Həmçinin, iclasda Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə audit tədbirinin nəticələri barədə Hesabat və Rəy müzakirə edilərək təsdiq olunub.