BolgeXeber.Com » BÖLGƏ TV » “Eurovision-2013”: Danimarka 1-ci, Azərbaycan 2-ci oldu-Video

“Eurovision-2013”: Danimarka 1-ci, Azərbaycan 2-ci oldu-Video

19-05-2013, 09:25
Oxunub: 4 357 "Eurovision 2013" mahnı müsabiqəsi başa çatdı.
58-ci "Eurovision" mahnı müsabiqəsinin final mərhələsində qalib adını qazanmaq uğrunda 26 ölkə təmsilçisi yarışdı. Bu ölkələrdən 20-si mayın 14 və 16-da keçirilən yarımfinallardan seçilib.

Azərbaycanı builki müsabiqədə təmsil edən Fərid Məmmədov səhnəyə 20-ci çıxdı. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirdi.
Müsabiqənin rəsmi hissəsi saat 2-də başa çatdı. Bundan sonra həyəcanlı dəqiqələr başladı.

39 ölkə tamaşaçıları sonuncu ifaçının çıxışından sonra 15 dəqiqə ərzində səs verməyə başladılar. O, bir neçə ölkədən ən yüksək, 12 xal alsa da, amma qələbə üçün yetərli olmadı. Nəticədə Azərbaycan təmsiçisi yarışmada 2-ci oldu.
"Eurovision 2013" qalibi 281 xal toplayan Danimarka oldu (Emmelie De Forest-Only Teardrops).