BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanın "Eurovision"da səsləri satın alması ilə bağlı video yayıldı (VİDEO)

Azərbaycanın "Eurovision"da səsləri satın alması ilə bağlı video yayıldı (VİDEO)

19-05-2013, 15:20
Oxunub: 4 272 Videonun Azərbaycana qarşı qurulmuş təxribat olması tamamilə mümkündür

Litvanın 15min.lt saytı "Eurovision-2013"də səslərin pull satın alınması ilə bağlı şok video yayıb. Musavat.com-un məlumatına görə, videoda rus dilində danışan iki nəfər kafedə bir masaya yaxınlaşır və orada əyləşənlərlə danışığa başlayır. Danışıqların mahiyyəti bir nəfərin bir neçə nömrə ilə "Eurovision"un finalında Azərbaycan təmsilçisi Fərid Məmmədova səs verməsidir. Bunun müqabilində adamlara pul mükafatı vəd edilir. Danışıq aparanlar deyirlər ki, Avropanın 15 ölkəsində eyni əməliyyat həyata keçirilir.

Qeyd edək ki, "Eurovision-2013"ün finalında Litva Azərbaycan təmsilçisinə 12 xal verdi.

Musavat.com-dan: Bu videonun Azərbayacana qarşı qurulmuş təxribat olması tamamilə mümkündür. Çünki, səsi yazan avadanlıq danışan adamın qarşısındadır. Azərbaycan adına danışıq aparanlar slavyan görünüşlüdürlər, azərbaycanlıya bənzəmirlər.