BolgeXeber.Com » BÖLGƏ TV » Prezident mahnı oxuyub rəqs etdi-Video

Prezident mahnı oxuyub rəqs etdi-Video

21-05-2013, 11:15
Oxunub: 5 236 Tacikistan prezidenti İmaməli Rəhmanovun rəqs edərkən görüntüləri internetdə ən çox izlənilən videolar sırasındadır.

Prezidentin rəqs etdiyi kadrlar YouTube-a bir neçə gün əvvəl yerləşdirilsə də, böyük maraqla qarşılanıb.

O, təkcə oynamaqla kifayətlənməyib, eyni zamanda “Tacikistan” adlı mahnı da oxuyub. Deyilənlərə görə, bu kadrlar İmaməli Rəhmanın oğlunun toyundandır.

Xatırladaq ki, İmaməli Rəhmanın nə az, nə çox 9 uşağı var. 61 yaşlı prezidentin 7 qız (Firuzə, Ozada, Ruxşanə, Təhminə, Pərvinə, Zarrina, Fərzanə) və iki oğlu ( Rüstəm və Somon) var.