BolgeXeber.Com » Media » Məmurlararası savaş böyüyür

Məmurlararası savaş böyüyür

22-05-2013, 18:40
Oxunub: 5 998 Prezident seçkiləri ərəfəsində hansı icra başçısı təxribat edəcək?

«Prezident seçkiləri ərəfəsində hakimiyyət daxilində ciddi çaxnaşma qaçılmazdır». Bu şok məlumatı verən hökumət içindəki mənbə iddia edir ki, neçə müddətdir bunun işartıları sezilməkdədir.

Mənbənin sözlərinə görə, kənardan hakim düşərgənin monolit olması barədə qənaətlər yaransa da, əslində daxildə vəziyyət həddən artıq gərgindir: «Vəziyyət o həddədir ki, hətta bir-biriləri ilə rəqabət aparan qüvvələr rəqiblərinə dişlərini qıcayaraq, zərbə vura bilmələri üçün fürsət gözləyirlər».

Mənbəmiz konkret hansı qüvvələrin bu gün radikal formada üz-üzə gəlməsi barədə dəqiq bilgilər verməsə də kifayət qədər ilginc məqamları da açıqladı:

«Bu gün hansı qüvvələrin həlleidici döyüş müstəvisində olmasını hər kəs yaxşı bilir. Amma burada bir maraqlı məqam var ki, hətta məmurlarası düşmənçilik ovqatı seçki prosesinə belə təsir göstərə bilər. Məsələn, ola bilsin ki, hansısa təxribatçı addımla seçki prosesinin pozulmasına çalışılsın. Əslində bu addım onların oturduqları gəmini dəlmələri olsa da, o qədər eyforiyadadırlar ki, fərqinə belə varmırlar».

Konkret hansı addımlarla seçki prosesinin pozulması ehtimallarına gəlincə isə bu barədə danışan mənbəmiz bildirdi ki, ayrı-ayrı rayonlar ayrı-ayrı məmurlar arasında paylaşdırılıb: «Bu isə artıq mühüm faktordur. Prezident 12 fevral müşavirəsində icra başçılarına «sizi mən təyin etmişəm» deyərək, onlara sərt ismarıc vermiş oldu. Amma bu gün prezidentə yox, ağalarına biət edən yetərincə icra başçısı var. Onlar «kamufulə» olunduqlarından təsbitləri də çətindir. Elə buna görə də seçkilər ərəfəsində istənilən bir sürpriz xarakterli təxribatı gözləməyinə dəyər».dia.az