BolgeXeber.Com » Şou-Biznes » Qoca qarıları yamsilayan tovuzlu -Audio-Video

Qoca qarıları yamsilayan tovuzlu -Audio-Video

24-05-2013, 09:10
Oxunub: 4 364 "Qoca nənələri parodiya etməklə sadəcə milləti güldürüb kefini açıram"

Bu günkü müsahibi miz maraqlı şəxsdir.Tanış olun,Əliyev Babək Vahid oğlu. 40 yaşı var, Tovuz rayonundandır.Babəki maraqlı şəxs edən isə onun qeyri-adi aktyorluq istedada malik olmasıdır. Babək aktyor olmasa da insan və heyvan səslərini çox ustalıqla təqlid etməyi bacarır.

─Bir balaca özün haqda danışardın?

─Tovuz rayonunda anadan olmuşam. Tovuzda N.Tusi adına məktəbdə oxusam da sinifdə qalmışam. Sonradan təhsilimi M.Ələkbərov adına məktəbdə davam etmişəm.

─ Babək, nə vaxtdan səsləri təqlid etmək istedadını özünüzdə hiss etmisiniz?

─Bu qəribə də olsa rayonda Kapital Bankda kassir işləyəndə mənə sanki vergi kimi yumoristika istedadı verildi.(gülür)

─Aktyorluq baxımdan ən böyük arzun nədir?

─Həyatda ən böyük arzum artist olub hansısa bir filmdə yaşlı qadın rolunu oynamaqdır.

─Pərəstişkarların var?

─Var, dəhşət çoxdur. Bilmirəm, bəlkə də səsimi Youtubedə də yerləşdiriblər.
─Daha nəyi bacarırsan?

─Dediyim kimi 6 il Kapital Bankda kassir işləmişəm,8 ay isə inkasator işləmişəm.Elə orada da pulu tərsinə saymağı öyrənmişəm.(gülür)

─Belə çıxır ki, artistlik etsən də ciddi adamsan

─Elədir, sadəcə olaraq mənim aktyorluğa böyük marağım var.

─Bildiyimizə görə mobil telefonda başqalarının səsini yamsılayaraq camaatla məzələnməyi xoşlayırsan.Necə düşünürsən, bununla sən kiminsə xətrinə dəymirsən ki?

─Elədir, ancaq mən bunu zarafat məqsədi ilə edirəm. Qoca nənələri parodiya etməklə sadəcə milləti güldürüb kefini açıram.Qoca qarıları təqlid edəndə bu mənə xüsusi ləzzət edir. Heyvan səslərini də yamsılamağı bacarıram.

─İşləyirsən hal-hazırda?

─Hal-hazırda yox.Axırıncı dəfə 6 ay Akkordda işləmişəm.Ancaq indi necə deyərlər təqaüddəyəm,işləmirəm.

─Hardansa ciddi bir təklif gəlib sənə?

─Bu yaxınlarda bizim Şaban tərəfindən bir kinofilmdə qoca qarının səsini təqlid etmək təklifi almışam.

─İstedadın olsa da razılaş ki, geniş auiditoriya səni tanımır…

─Bilirəm ,elə buna görə də məqsədim televiziya verlişlərinə çıxmaq və istedadımı xalqa göstərmək,tanınmaqdır.

─Sənə uğurlar!

─Təşəkkür edirəm.

Qafqazregion.az