BolgeXeber.Com » BÖLGƏ TV » Elşad Abdullayev yeni video yaydı-Video

Elşad Abdullayev yeni video yaydı-Video

24-05-2013, 09:50
Oxunub: 4 922 Azərbaycanda məruz qaldığı təqib və təzyiqlər üzündən Fransaya qaçaraq mühacir həyatı yaşayan Elşad Abdullayev (bağlanmış ABU-nun sabiq rektoru) "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun elektron poçtuna yeni videogörüntülər və və bu görüntülərin məğzini əks etdirən yazı mətni göndərib.

E.Abdullayev qeyd edir ki, Azərbaycan prezidentinin razılıgı ilə AR Baş Prokurorlugu yanında yaradılan Müstəqil İstintaq Komissiyasının faəliyyətindən 7 ay 20 gün keçsə də, 9 ildən artıq müddətə ogurlanmış MTN zabiti Mahir Abdullayevin işi qərəzli aparır.

Bu dəfə sabiq rektor 75 yaşlı agsaqqal şahid Məmmədəli Əliyevin ona təqdim etdiyi məlumatı, gizlin cəkilmiş video-faktları təqdim edir və MTN generalı Hilal Əsədovun, mügənli Mətanət İsgəndərlinin, onun prodüsseri Ələddinin Məmmədəli kişi hədə-qorxu gəldiklərindən bəhs edir.
E.Abdullayev qeyd edir ki, Məmmədəli kişinin “günahı" şahidlik etdiyi hadisəni oldugu kimi yazaraq yazılı ifadə verməsidir və məhz buna görə, agsaqqal adam ömrünün bu cagında başı bəlalar cəkib.

Uzun-uzadı girişə, izahata ehtiyac duymadan aşağıda həmin videogörüntüləri təqdim edirik. Söhbəti videosu istintaqa təqdim olunduğu üçün, onları biz də yayımlayırıq.