BolgeXeber.Com » Şou-Biznes » Polad Bülbüloğlu :“Eurovision” qeyri-ciddi müsabiqədir”.

Polad Bülbüloğlu :“Eurovision” qeyri-ciddi müsabiqədir”.

24-05-2013, 10:30
Oxunub: 4 814 “Polad Bülbüloğlu Fəridin paxıllığını çəkir”
Arif Qazıyev: “O, vaxtilə Müslim Maqomayevə paxılıq edirdi, yazığı xəstələndirib, öldürdü”
“Eurovision” qeyri-ciddi müsabiqədir”. Bu açıqlama ilə eks mədəniyyət və turizm naziri Polad Bülbüloğlu çıxış edib. O, eyni zamanda Türkiyənin “Eurovision”da iştirakdan imtina etməsinə haqq qazandırıb: “Biz istəyirik ki, Rusiya cəmiyyəti bunu bilsin: baş verənlər ya texniki xəta, ya da elementar təxribatdır. Onlar isə bunu araşdırmaq əvəzinə... Əslində bu, ümumiyyətlə qeyri-ciddi müsabiqədir. Artıq ora getməkdən imtina etməyə başlayacaqlar. Türkiyə artıq imtina edib - düz də edib”.
Muğam Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Arif Qazıyev isə AzNews.az-a açıqlamasında bildirib ki, Polad Bülbüloğlu Fərid kimi oxuya bilmədiyindən onun paxıllığını çəkir: “Fərid Məmmədov sağ olsun, yaxşı çıxış etdi. O öz gücünə və öz istedadına görə ikinci yeri tutdu, halaldı ona. O ki, qaldı Polad Bülbüloğlunun dediklərinə, bunun səbəbi var. Çünki Polad Bülbüloğlunun Fərid Məmmədov kimi səsi yoxdur. O, fəxr eləsin ki, Azərbaycanda belə oxuyan var. Polad Bülbüloğlu vaxtilə Müslim Maqomayevə paxılıq edirdi, yazığı xəstələndirib, öldürdü. İndi də baxıb ki, Fərid oxuya bilir və qabağa gedəcək, başlayır onun paxıllığını çəkməyə. Çünki yaxşı bilir ki, Fərid kimi istedadlara imkan yaradılsa Poladın “dalay-dalalay” mahnıları yada düşməyəcək”.