BolgeXeber.Com » BÖLGƏ TV » Qəbiristanlıqda vahiməli olay - Video

Qəbiristanlıqda vahiməli olay - Video

24-05-2013, 10:55
Oxunub: 4 235 Bu gün qəbiristanlıqlardan birində olduqca qəribə hadisə baş verib.

Xırdalan qəbiristanlığında qəbirlərin üstünə naməlum şəkillər qoyulub. Qoyulan şəkillər kişi qəbirlərinin üstünə qoyulub.

Bu faktın üstünü atasının qəbrini ziyarətə gələn Aybəniz Musayeva açıb. O, bura gələndə, qəbrin üstündə daşın altına qoyulmuş 3x4 ölçüdə naməlum gəncin fotoşəklini görüb. Əvvəlcə ətrafına baxan və heç kəsi görməyən xanım vəziyyətin nə yerdə olmasını başa düşə bilməyib. Bundan sonra Aybəniz xanım digər qəbirlərə də göz gəzdirdikdə, gördüyündən çaş-baş qalıb. Başqa qəbirlərin üzərində də kimsə tərəfindən qoyulmuş eyni şəkli görüb. Vahiməyə düşən Aybəniz xanım fotonu özüylə götürüb evə aparıb. Onun sözlərinə görə, Azərbaycanda yaşamadığından qəbir üstə də vətənə gələndən gələnə gedir. Qohumlarına şəkli göstərən xanım bu halın birinci dəfə baş verməməsini eşidir.

Məsələ ilə bağlı müdir yerində olmadığından qəbiristanlıq rəhbərliyinin mövqeyini öyrənə bilmədik.

Beynəlxalq dərəcəli ekstrasens parapsixoloq Həsən Məmmədovun sözlərinə görə, şəklin qəbirlərin üstünə qoyulması həmin şəxsə qarşı pis əməldir. Amma bunun kiminsə tərəfindən edilməsi hələ ki, müəmmalıdır: “Şəklin üzü üstə qoyulması odur ki, meyit qəbirə necə qoyulur, şəkli də elə qoyublar”.

Hər halda şəkli qoyan bunun məqsədini daha yaxşı bilir. Gənc sağ olub-olmadığını deyə bilmərik, bu yolla da kiməsə münasibət bildirmək və ya kimisə yad etmək də ağlasığmazdır.