BolgeXeber.Com » İdman » Bavariya Çempionlar Liqasının qalibi oldu- VİDEO

Bavariya Çempionlar Liqasının qalibi oldu- VİDEO

26-05-2013, 02:05
Oxunub: 5 320 Oyunda hesabı 60-cı dəqiqədə “Bavariya”nın hücumçusu Mario Mancukiç açıb. 8 dəqiqə sonra qarşılaşmanın hakimi Nikola Riççoli münhenlilərin qapısına penalti təyin edib. İlkay Gündoğan fürsəti əldən verməyib və hesabı bərabərləşdirib. Yupp Haynkesin komandasına qələbəni Aryen Robbennin qolu gətirib. O, 89-cu dəqiqədə “Bavariya”nın qələbə qolunu vurub.Çoxları qarşılaşmanın əlavə vaxta gedəcəyini düşündüyü bir vaxtda "Bavariya" yenidən hesabda önə çıxıb. 89-cu dəqiqədə ilk qolun ötürməsini verən Aryen Robben bu dəfə özü fərqlənib. Hollandiyalı legioner həm də finalın ən yaxşı futbolçusu seçilib.

Münhenlilər turnirdə 5-ci qələbəsini qazanıb. Bundan əvvəl onlar 2001-ci ildə Çempionlar Liqasının çempionu olub. Qeyd edək ki, ÇL-də 1 dəfə - 1998-ci ildə üzləşən rəqiblərin 1/4 finaldakı dueli "Borussiya”nın qələbəsi ilə nəticələnib – 1:0.


Çempionlar Liqası, final
25 may
Baş hakim: Nikola Rizzoli (İtaliya)
London. "Uembli” stadionu


"Bavariya” (Münhen, Almaniya) - "Borussiya” (Dortmund, Almaniya) - 2:1
QOLLAR: Mandjukiç, 59; Robben, 89 - Gündoğan, 68