BolgeXeber.Com » BÖLGƏ TV » Elşad Abdullayev yeni video yaydı-Video

Elşad Abdullayev yeni video yaydı-Video

28-05-2013, 01:30
Oxunub: 4 425 Mahir Abdullayev MTN-də Əhmədov İsgəndər İsfəndiyar oğlu adı ilə saxlanılıb
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə yeni videolent təqdim edilib. Videolentdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və Eldəniz Abdullayelə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı İlqar Abbasovun söhbəti əksini tapıb. MTN zabiti İ. Abbasov E. Abdullayevə bildirir ki, Mahir Abdullayevlə MTN-nin klinikasında görüşüb. İ. Abbasov eyni zamanda qeyd edir ki, M. Abdullayev Daxili İşlər Nazirliyi tərəfindən Müsavat Partiyası ilə əlaqələrdə günahlandırılaraq həbs edilib: “MTN-nin müzeyinə Mahirin kitabını aparmışdım. Mənə irad bildirdilər ki, dövlət əleyhinə kitabdır, töhmət verdilər. Dedim acıb oxuyun. Heydər Əliyevdən yazıb. Müsavatçı nəyə görə Heydər Əliyevdən yazmalıdır? İsa Qəmbərdən yazardıda. Bu gün töhməti götürdülər üstümdən”. MTN əməkdaşı daha sonra qeyd edir ki, seçkilərdə hakimiyyətin istədiyi şəxs prezident seçilib: “Mən rəisə dedim ki, bunların istədiyi adam prezident oldu da, İsa Qəmbər olmadı ki. Yaxşı olardı ki, hakimiyyətin atadan oğula keçməsi qanuniləşərdi. Şahlıq dövründə olduğu kimi. Bizi də keçmiş zamanlara aparardılar ”. İ. Abbasov sonra bildirir ki, Eldar Mahmudov M. Abdullayevi azad etmək istəyir. Lakin azad etməkdən ötrü M. Abdullayevin günahsız olması sübuta yetirilməlidir.
İ. Abbasov vurğulayır ki, M. Abdullayevin səhhəti yaxşıdır və MTN-nin klinikasında rəsmi qeydiyyata alınıb. E. Abdullayev MTN əməkdaşından soruşur ki, M. Abdullayev klinikaya öz adı ilə qeydə alınıb? İ. Abbasov öz növbəsində bildirir ki, M. Abdullayev klinikaya Əhmədov İskəndər İsfəndiyar oğlu kimi qeydiyyata götürülüb. İ. Abbasov həmçinin bildirir ki, M. Abdullayevlə ombusman Elmira Süleymanovada daxil olmaqla bir sıra deputatlarda görüşüb.
Qeyd edək ki, videolent komitəyə E. Abdullayev tərəfindən verilib.