BolgeXeber.Com » Media » Baş redaktorun müraciətinə Dövlət Sərhəd Xidmətindən reaksiya

Baş redaktorun müraciətinə Dövlət Sərhəd Xidmətindən reaksiya

28-05-2013, 11:45
Oxunub: 16 006 Nəzərinizə çatdıraq ki, “Qafqaz Region İB”-in sədri, “Qafqaz Region News” qəzetlərinin təsisçisi və baş redaktoru Mahmud Rasimoğlu Azərbaycan Respublikasının prezidentinə ünvanladığı müraciətdə qeyd etmişdir ki,Bakı DYPİ-nin rəisi Nüşrəvan Səfərovun sürücüsü Mərdan Əliyevin oğlu Dövlət Sərhəd Xidmətində xidmət edir,əsgərdir.

Müraciətdə xüsusən qeyd olunmuşdur ki, Mərdan Əliyevin oğlu Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi ,general-mayor Əfqan Nağıyevin sürücüsüdür. Müraciətdə həmçinin qeyd olunurdu ki, o generalın “Gelenvagen” 11-00 SQ nömrəli cip xidməti avtomaşını ilə səhər saat 11 radələrində Badamdar qəsəbəsindəki villalarına qayıdıb avtomaşını həyətlərində saxlayır, atası Mərdan Əliyevə məxsus “Lexsus Qrand” markalı 90-AA-276 nömrəli cipə minərək axşam saat 6 –yacan şəhərə qəzməyə gedir.

Məsələ ilə əlaqədar mayın 24-ü Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadasın təhqiqat qrupunun rəhbəri mayor Əli Qurbanov baş redaktor Mahmud Rasimoğlu ilə görüşüb. Görüşdə mayor Qurbanov Mahmud Rasimoğluya bildirib ki,Rasimoğlunun göndərdiyi müraciət komandan tərəfindən araşdırılması üçün onun icraatına daxil olub. Mayor Qurbanov məsələni araşdırarkan, məlum olub ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general -mayor Əfqan Nagıyevin Ədalət adlı sürücüsü var,ancaq onun soyadı Haciyevdir və o 48 yaşındadır.

Lakin mayor Qurbanov etiraf edib ki, briqadada bir ehtiyat sürücü də var ki,onun adı və soyadı həqiqətən Əlizadə Elvin Mərdan oğludur. Amma o hərbi xidmətə Bakı şəhərindən yox, Laçın rayonunun hərbi komissarlığından çağrıldığına görə Bakı şəhərində hərbi xidmət edə bilər. Yəni, bir sözlə, baxmayaraq ki, Elvin Əlizadənin daimi yaşayış yeri atası kimi, Badamdar qəsəbəsidir, Mərdan bu cür yolla oğlu Elvin Əlizadənin Bakı şəhərində xidmət etməsinə nail olub. Sonra isə mayor Qurbanov dedi ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisinin bir dənə də “İnfiniti”markalı avtomaşını var və Elvin də həmin avtomaşının sürücüsüdür.

Bir sözlə Rasimoğlunun bu məsələdə anladığı o olub ki, Mərdanın oğlu Elvin Əlizadə hərbi xidmətdə atası kimi sürücü qismində xidmət edir və qalan əsgərlərdən seçilir. Necə ki, polis zabiti olan atası Mərdan, Bakı DYPİ-nin rəisi Nüşrəvan Səfərovun sürücüsü olsa da Bakı DYPİ-də çoxlarından fərqlənirdi,eləcə də onun oğlu Sahil mühafizəsi briqadasında xidmət edən əsgərlərdən fərqlənir. Düzdür, mayor Qurbanov səmimi söhbət zamanı Rasimoğluya deyib ki,o özü şəxsən hərbi hissənin kameralarının çəkdiyi videoyazıya baxıb və əsgər,ehtiyatda olan sürücü Elvin Əlizadənin səhər saat 11 radələrində, özü də generalın şəxsi avtomobili ilə evlərinə getməyini videoyazıda aşkarlamayıb. Ancaq biz yenə də peşəkar fəaliyyətimizdən kənara çıxmayaraq bildirmək istəyirik ki,bu məlumatı bizə məxfi mənbə verib.

Həmin mənbə-şəxs əsgərin adını səhv sala bilər,ancaq onlar yaşayış yerində qonşu olduqlarına görə o Elvini üzdən dəqiq tanıyır. Mənbə əsgəri generalın 11-00 SQ nömrəli “Gelenvagen” cip avtomobilində məhəllədə gördüyünə görə də bizə bu məlumatı verib. Yoxsa nə biz ,nə də məxfi mənbə nə bilərdik ki, hərbi xidmətdə olan Elvin Əlizadə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisinin sürücüsüdür?

Yaxud da mayor Qurbanovun dediyi kimi, qonşuluqda yaşayan məxfi mənbə redaksiyamıza bildirərdi ki,əskər Əlizadəni səhərlər Badamdardakı məhələlərində elə “İnfiniti” avtomaşınında görüb.Onun yalan danışmasının nə mənası var ki?! Maşınların markalarını da ayırd etməsinə söz ola bilməz. Deməli belə çıxır ki, 11-00 SQ nömrəli “Gelenvagen”cip marakalı avtomaşın Badamdarda Elvinin atasının villasında dəfələrlə görsənib ki, məxfi mənbə bu məlumatı tam dəqiqliyi ilə bizə ötürüb. Bir də ki, əsgər Elvin Əlizadənin başqa əskərlərdən fərqli olaraq Bakıda, özü də ehtiyat sürücü olmağı o deməkdir ki, çox güman Mərdanın,oğlunun komandiri ilə isti münasibəti var.

Əgər bu belə deyilsə ,niyə bəs başqa əskər yox,elə məhz Bakı DYPİ-nin rəisi Nüşrəvan Səfərovun sürücüsünün oğlu,mayor Qurbanovun dediyinə görə general Əfqan Nağıyevin ehtiyat sürücüsüdür?! Ancaq mənbənin dediyinə görə, o heç də ehtiyat yox,elə birbaşa generalın sürücüsüdür.Bundan başqa ,necə deyərlər ”od olmasa tüstü çıxmaz”. Deməli həmin 11-00 SQ nömrəli avtomaşının sükanı arxasında Elvin Əlizadə Mərdan oğlu oturub ki,biz də bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant cənab Elçin Quliyevə, möhtərəm prezidentə ünvanladığımız müraciətin sürətini göndərmişik.

Ola bilsin ki, 48 yaşlı Ədalət Hacıyev sadəcə bizim şikayətimizdən sonra “üzə” çıxıb və doğrudan da elə o 11-00 SQ nömrəli avtomaşının sürücüsü deyil. Həmin avtomaşının sürücüsü elə bizim gözümüzdə ehtiyat sürücü kimi təqdim etdikləri əsgər Əlizadə Elvin Mərdan oğlu olub. Sonda onu da qeyd edək ki, apardığımız araşdırma nəticəsində bizə bəlli oldu ki,”Mercedes Gelenvagen” cip avtomaşını Sərhəd Qoşunlarının yeqanə mülki avtomobili olmasa da, ola bilsin ki, həmin avtomaşın əvvəllər general Əfqan Nağıyevin şəxsi avtomobili olub. Bəlkə də o sonradan həmin avtomobili sadəcə Sərhəd Qoşunlarının balansına salıb və həmin avtomaşın da yenə də ona xidmət etməyə başlayıb.

Yəni bir var heç də az olmayan məbləği cibindən verəsən,bir də var büdcədən. Ümumiyyətlə həmin avtomobilin hərbi sahəyə hansısa aidiyyatı olsaydı,yəqin ki,elə bizə məlumat verən mənbə də deyərdi ki, Elvin Əlizadə hərbi maşın sürür. Ancaq mənbə bizə həmin avtomobilin “Gelenvagen” olduğunu və özü də şəhərdə “avtoşlar” tərəfindən “xoruldadaraq” sürülən avtomobillərdən olduğunu bildirdi.

Eyni zamanda biz də apardığımız araşdırma zamanı müəyyən etdik ki, doğrudan da bu mülki avtomaşındır və onun hərbiyə heç bir aidiyyatı yoxdur .
P.S “Ola bilsin ki”, cənab general –mayor Əfqan Nağıyevin də elə Mərdan Əliyev kimi,apardığımız araşdırma heç də ürəyincə olmasın ,ancaq bu məmurların nəzərinə çatdırmaq istəyirik ki,biz jurnalistlər araşdırma aparanda hadisəni necə görürüb analiz ediriksə, elə o şəkildə də - üstünə heç nə qoymadan və heç nə əskiltmədən oxucularmıza çatdırırıq...
Bizi izləyin, Mərdan Əliyev və onun yaxınları ilə bağlı ilginc məlumatlar Bakıda hələ uzun müddət gündəmdə olaraq qalacaq
Memo
Qafqazregion.az