BolgeXeber.Com » BÖLGƏ TV » Elşad Abdullayev Arzu Kazımovla bağlı yeni video yaydı – VIDEO

Elşad Abdullayev Arzu Kazımovla bağlı yeni video yaydı – VIDEO

30-05-2013, 09:55
Oxunub: 6 507 Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi yeni videolent təqdim edib. Komitədən Verilən videolentdə hazırda həbsdə olan iş adamı Arzu Kazımovun qaynı Hüseyn Səfərovla Elşad Abdullayevin söhbəti əks olunub. E. Abdullayev H. Səfərova bildirir ki, A. Kazımov Mahir Abdullayevi qaytarmaq üçün ondan üst-üstə 3 milyon manat alıb. E. Abdullayev H. Səfərovdan xahiş edir ki ona yardımçı olsun.
Mahir Abdullayevin Hüuqlarının Müdafiə Komitəsi bildirir ki, son zamanlar A. Kazımov ictimaiyyəti və istintaqı yayındırmaq məqsədi ilə həqiqətə uyğun olmayan məlumatlar yayır. Komitənin yetkililəri hesab edir ki, yeni videolent A.Kazımovun cinayətini sübut edən çoxsaylı faktlardan biridir.
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə verilən məlumata görə, videolenti hazırda Fransada mühacir həyatı yaşayan E. Abdullayev tərəfindən komitəyə verilib. Həmin videolent komitə tərəfindən Baş Prokurorluğa təqdim ediləcək.