BolgeXeber.Com » BÖLGƏ TV » İran mollası biabırçı vəziyyətdə -Video

İran mollası biabırçı vəziyyətdə -Video

30-05-2013, 14:10
Oxunub: 10 915 İran rəsmən bir İslam Respublikasıdır. Amma bu rəsmiyyətdə belədir və biz İran adlı çoğrafiyanın qonşuluğundayıq. Böyük bir ərazisi tarixi Azərbaycan torpaqları üzərində formalaşmış və zaman-zaman kiçik etnik azlıq olan farsların qura bildiyi bir imperiya da demək olar. Azərbaycan türkləri tarixən qonşularını seçməkdə müstəqil olublar. Türk xalqları üçün qonşularını müəyyən etmək o qədər də çətin olmayıb. Amma zaman dəyişdikcə qonşular öz mahiyyətlərini bir qədər də gücləndiriblər. Nə yazıqlar olsun ki, ermənilər, rusla və farslar bir məşhur şüarda ifadə edildiyi kimi heç də türklərin dostu olmayıblar.
Azərbaycan etnik çoxluq etibarilə müsəlman türklərinin qurduğu bir ölkədir. Lakin biz bunu yalnız Şimali Azərbaycana şamil edə bilirik. Faktiki olaraq istər əhali, istərsə də, ərazi baxımından Cənubi Azərbaycan fars əsarətindədir. Böyük bir qövmün farsların əsarəti altında olması bir tarixi gerçəklikdir.
Müasir araşdırmalar göstərir ki, ostandarlıq sistemi ilə idarə edilən Cənubi Azərbaycan ərazilərində inzibati idaəretmədən daha çox molla idarəetməsinə üstünlük verilir. Son 50-60 ildə, 1947-ci ildə Seyid Cəfər Pişəvəri hərəkatının süqutundan sonra İranda şəriət qaydaları ilə idarəetmə xüsusilə etnik çoxluq olan türklərin yaşadıqları ərazilərdə daha sərt şəkildə özünü biruzə verməyə başlayıb. Molla hər kənddə, hətta az qala hər evdə var. Mollanın kafasına görə dövlət və inzxibati idarəetmə deyil, özünə sərf edən və minbir kəlmədən izah adı ilə quraşdırılmış ayinlər və idarəetmə daha mühimdir.
Bu gün Cənubi Azərbaycanda fars molla obrazının daha əxlaqsız forması var ki, biz də müasir internet imkanları ilə bunu müşahidə edə bilirik. İran mollalarının gənc qızlarla keçirdikləri eyş-işrət, gizli və mövcüd qanunlar, şərait ilə qadağan edilmiş əlaqələrə dair daha çox video-görüntülərə rast gəlirik. Baxmayaraq ki, qapalı bir dövlət olan İranda bu kimi informasiyaların sızdırılması çox böyük risk və təhlükə hesab edilir.
Əslində bizim tanıdığımız İran, xəritədə, qəzetdə, televiziyada hətta internetdə belə gördüyümüz İran o deyil. İlk növbədə hər şey şərait qaydaları ilə idarə edilir. Amma İslamın təməl prinsiplərinin ən çox pozulduğu ölkə də elə bizim fars qonşularımızın idarəetdiyi dövlətdir. Burada molla dövlətin xeyir-duasını da verir, fatihəsini də. Amma mollanın nə fatihəsini verən var, nə də...
Bu gün müstəqil Şimali Azərbaycan dövləti İranın mövcudiyyətini istər hüquqi, istərsə də mənəvi baxımdan təhdid edir. Təhdid heç də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlar tərəfindən deyil. Nə də bunu İranın hansısa saqqallı, əmməmali mollası iddia etmir. Bunu xəritəyə baxan, tarixdən az-çox anlayışı olan hər kəs ağlından keçirə bilər.
İndi iranda ən kiçik əyalətin mollasının belə rəsmi 2-3, qeyri-rəsmi isə xeyli sayda arvadı var. Bunu İslam qadağan edir. Amma fars mollasının hər zaman bir təfsiri, bir hədisi, bir kəlamı var ki, onu «rastamojka» edə bilsin. İndii redaksiyamıza çox mühim bir video fakt daxil olub. İranda əyalət mollalarından biri qeyri-rəsmi olaraq aldadıb yoldan çıxardığı bir gənc xanımla eyş-işrət yaşayır. Dəyərli oxucuların diqqətinə çatdırırıq ki, video gundemxeber.az saytında olacaq.
Amma bu gün bütün dünyada yaşayan Azərbaycan türkləri bilirlər ki, yalan və qondarma idealoji ilə idarəedilməkdə olan qonşuluğumzda müstəqillik -azadlıq mücadiləsi aparmaq üçün İslam adına böyük ləkə olan bu idealojidən qurtulmaq zamanıdır. Hər halda milyonlarla insanı ən müqəddəs dəyəri ilə bir az da inanılmış seçilmiş və maskalanmış adamların əli ilə ölümə də yollayırlar.
Bir qadınla kişi bir neçə cümlə ərəb dilində oxuyub, bir - biri ilə cinsi rabitə qoya bilərlər. Elə bu halın özü qanun nöqteyi - nəzərindən çox dəhşətli ayrı — seçkiliyə səbəb olub. Bu günki İranda hökumət adamları iş yerində, yaşadığı məhəllədə istədiyi qadını cinsi sui — istifadəyə məcbur edirlər və polis tərəfindən tutulanda onunla siğə olduğunu vurğulayırlar. Bu cür halda çünki qadında tutulur və zina ilə ittihamlanır, cəza və abır qorxusundan o da siğə olunduğunu etiraf edir. Siğənin sübutu üçün bir neçə ərəb dilində cümlə oxumaq və nigahın şəraitin bilmək yetər. Misal üçün, çox da uzağa getməyək. Bir müddət bundan əvvəl Zəncan Universitetinin İnzibati İşlər üzrə prorektoru doktor Həsən Mədədinin tələbə qıza təcavüz edərkən filmi çəkilib, dünyaya yaılmışdı və bu da öz növbəsində tələbələrin etirazına səbəb olmuşdu. Amma çox təəssüf ki, Həsən Mədədidən əlavə, o qız da Zəncan şəhərinin prokurorunun əmri ilə həbs olunmuşdu. Doktor bir müddət həbsdə qalandan sonra, qızla siğə olduğunu dediyi üçün azadlığa buraxılmışdır. Əgər diqqət etsəniz, görərsiniz ki, qızla cinayətin qurbanı kimi yox, əslində cinayətkar kimi rəftar olunmuşdu. Belə nəzərə gəlir ki, qız da zina ittihamı və abrı qorxusundan siğəni təsdiqləyir. Digər tərəfdən bəzi insanlar İranda zina ittihamı ilə tutulub, uzun həbs, şallaqlanma və hətta daş - qalaqla cəzalanırlar. Buna xatir ki, ərəb dilində bir neçə cümlə oxumağı bacarmırlar və yalanda olsa, siğə olduqlarını sübut edə bilmirlər.
Burdan açıq - aydın görmək olur ki, İranın irqçi fars rejimi siğəni bəhanə edib, İran ictimaiyyətində əxlaqsızlığı qanunlaşdırır. Və əməldə siğədən İran daxilində və xaricdə yaşayan pullu kişilərə seksi pulla almağa zəmin yaradır. Bu cür bir siyasəti «seks turizim» adlandırmaq olar. Azca da olsa, mənəviyyatı olan adam bu cür siyasətdən iyrənməli və buna getməməlidir.
İranın geridə qalmış molla rejimi, elmi nöqteyi — nəzərin yerinə, keçmişə pənah aparmaqla, XIV - XV əsrlərin qayda - qanunları ilə isləyir. XXI əsrdə yaşayan insanların problemlərin həll edir. Qeyd edim ki, bu gün dünya sivilizasiyasına qapısın açmayan ölkə yoxdur! Əlbəttə, İrandan başqa!!!
Fars-molla rejiminin əzlaqsızlığına daha bir örnək. Bir müddət bundan əvvəl İran hökumətinə aid olan sitələrin birində siğə ilə bağlı bir bildiriş dərc olunmuşdu. Bu bildiriş, xüsusən xaricdə yayılan İranın müxalif mətbuat orqanlarının diqqətini çox cəlb etmişdir. O, bundan ibarətdir: » İmam Rzanın ziyarətinə gələn qardaşların rifahı və onların müqəddəs Məşhəddə olduqları zaman ərzində halal yolla cinsi ləzzət aparmaq üçün Xorasan vilayəti bakirə və ərindən boşanmış bacıların siğəsi üçün bir mərkəz yaradıb. Bu mərkəzin əsl qərargahı İmam Rzanın hərəmində yerləşir. Bu mərkəzin idarəçiliyi Hacı Ağa Kəriminin öhdəsindədir. Siğənin müddəti ziyarətçinin Məşhəddə olduğu zamana bağlıdır. Ziyarətə gələn qardaşlar bir günlük - bir həftəlik siğə üçün siğə mərkəzinin icarə verdiyi yerlərdən istifadə edə bilərlər. Əgər siğənin müddəti bir həftədən artıq olsa, yer tapmaq qardaşların öz öhdəsinədir. Bir həftəlik siğənin məbləği bakirə qızlara hüdudən 70 min tümən ( 70 - 80 $ arası ) və boşanmış, dul qadınların qiyməti onların yaşından asılıdır. Bu bildirişin sonunda, siğə ilə maraqlanan bacıların diqqətinə çatdırılır ki, onlar bu işləri ilə mənəvi feyzdən əlavə, yəni ziyarət edən qardaşlara uyğun şərait yaratdırlar ki, harama düşmədən rahat xəyalla ziyarət edələr və həmin qadınların həm də özlərini təmini etmək üçün pul qazanalar. Qadınlardan tələb olunur ki, özlərinə aid olan məlumatı, yəni yaş, bakirəlik haqqında və bir ayaq üstə çəkilmiş şəkli siğə mərkəzinə göndərələr.»
Bu yerdə fikrimizə aydınlıq gətirmək üçün bir misalla yazını tamamlayırıq. Cinsi ləzzət nədir? Cinsi ləzzət bundan ibarətdir ki, müəyyən elektiriki siqnallar beynə gedir və cinsi ləzzət kimi beyində tərcümə olunur. Bəzi alimlərin araşdırmalarına görə, yaxın gələcəkdə mümkün olacaq adamlar bilgisayarlarının qabağında oturub, cinsi rabitə qoyduğu insanı dizayin edib, sonra bir elektroniki aparat başına -gözünə yerləşdirib və bu vasitə ilə müəyyən elektriki siqnalları beyninə göndərib və cinsi ləzzət alsın. Hətta bəzilərinin nəzərinə görə, çox kamil və perfekt cinsi rabitə həqiqi dünyada yox, əslində virtual dünyada mümkün olacaq. Görəsən, onda bu geridə qalmış mollalar virtual dünyada siğə məsələsin necə həll edəcəklər?