BolgeXeber.Com » Sosial » Sel qaçqinlarina hələ də kompensasiya ödənilməyib

Sel qaçqinlarina hələ də kompensasiya ödənilməyib

16-08-2010, 13:40
Oxunub: 7 075
Sakinlər siyahıyaalmanın nəticəsini gözləyirlər

Sel qaçqınları onlara hələ də kompensasiya ödənilmədiyini deyirlər. Bu barədə redaksiyamıza məlumat çatdıran bölgə sakinlərindən biri Sabirabadda siyahıya alma işlərinin aparıldığını da bildirdi.

“Yaradılmış komissiya və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə siyahıyaalma işləri aparır. Onlar uçulmuş evlərə dəyən ziyanlar haqqında məlumatlar toplayırlar. Dediklərinə görə, tamamilə uçulmuş evlər yenidən qurulacaq, yüngül ziyan dəymiş evlər isə təmir olunacaq. Hətta məhv olmuş ağacların da siyahısını aparıblar. Amma əhaliyə dəymiş ziyana görə insanlara nə qədər kompensasiya verilməsi ilə bağlı konkret fikir söyləmirlər. Biz də siyahının nəticəsini gözləyirik. Kompensasiyanın dəyəri müəyyənləşəndən sonra öz fikrimizi bildirəcəyik”.