BolgeXeber.Com » Siyasət » Füzuli Ələkbərov yola salınır

Füzuli Ələkbərov yola salınır

31-05-2013, 10:30
Oxunub: 6 935 Təhsil naziri Misir Mərdanovun vəzifədən çıxarılması hakimiyyətdəki yüksək vəzifəli məmurların vəzifəsindən kənarlaşdırılma prosesinin yalnız başlanğıcıdır. Proseslərin gedişatı göstərir ki,artıq bu dəyişiklərə start verilib. Hökumətdəki qaynaqlardan Bolgexeber.com –a verilən məlumata görə prezident seçkiləri öncəsi Misir Mərdanovdan sonra yüksək post tutan məmurlardan ilk növbədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun getməsi gözlənilir.

Mənbə bildirir ki,sadəcə olaraq hələ ki,keçmiş təhsil naziri Misir Mərdanovun kadrlarının təmizlənməsi prosesi gedir.Sadəcə olaraq hakimiyyət Füzuli Ələkbərovun vəzifəsindən kənarlaşdırılmasına Misir Mərdanovdan fərqli yanaşma sərgiləyir.Belə ki,əgər Misir Mərdanovun əvvəl özü,sonra isə kadrları vəzifədən çıxarılırsa,Füzili Ələkbərovun əvvəlcə kadrları ,sonra isə özünün postu ilə vidalaşacağı qeyd olunur.

Bildiyimiz kimi Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon, şəhər şöbələrində aparılan həbsləri davam edir. Korrupsiyaya qarşı mübarizə kampaniyasına start verilən dövrdən bəri Füzuli Ələkbərovun çoxlu sayda işçisi həbs edilib. Məlumdur ki,nazirin üzərində qara buludlar İsmayıllı iğtişaşları ilə bağlı məlum hadisələrdən sonra əmələ gəlmişdir.Bildiyimiz kimi məhz onun oğlu Vüqar Ələkbərova məxsus olan”Çıraq “motelində baş vermiş adi hadisə sonradan İsmayıllı əhalisinin böyük etirazına səbəb olmuşdur.

Bu yaxınlarda prezidentin məmurlar barəsində çıxışı zamanı səsləndirdiyi sərt sözlər də ilk növbədə elə Füzuli Ələkbərov nəzərdə tutulmuşdur. Mənbənin sözlərinə Füzuli Ələkbərov işdən çıxarılması üçün ictimai rəy çoxdan hazırdı. İsmayıllı üsyanına görə Fizuli Ələkbərovun qardaşı vəzifəsini itirsə də onun özünə güzəşt olmayacaq və hakimiyyətdən gedəcək. Nazirin rəhbərlik etdiyi sahədə rüşvət və korrupsiyanın tüğyan etməsi cəmiyyətdə bu sistemə qarşı kəskin narazılıq yaradıb.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi F.Ələkbərovun ona yaxın işçsini həbs edib və onlar dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.Mənbənin bildirdiyinə son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının neqativ fəaliyyəti haqda məlumatların mətbuatda çoxalmasına yuxarıdan da rəvac verilir ki, bu da əslində korrupsiyaya qarşı mübarizə yox, məhz F.Ələkbərovun «vurulması» kampaniyasının bir hissəsidir.

Qeyd edək ki, mətbuatda haqlı olaraq vurğulanır ki,həbs olunan şəxslərdən nazirin əleyhinə ifadələr alınır ki,bu da onun yaxın zamanlarda vurulması üçün münbüt zəmin yaradır.Təsadüfi deyildir ki,artıq artıq rayon Sosial Müdafiə Mərkəzlərində belə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları nazirlərinin vurulacağını hiss etdikdən artıq onunla hesablaşmırlar.Məsələn, dünən Bolgexeber.com-da Quba rayon 1-ci Nügədi kənd sakini Qasımov Zaur Nəzər oğlunun şikayət məktubu əsasında dərc edilmiş “Qubada Qarabağ veteranına :

"Pulunu ver, sosial yardım al!"məqaləsinə Quba rayon Sosial Müdafiə Mərkəzinin rəhbərliyindən reaksiya verilmişdir . Belə ki, redaksiyanın telefonuna zəng edən məsul şəxs Sosial Müdafiə Mərkəzinin adından əməkdaşımıza bildirmişdir rüşvət vermədiyinə görə sosial yardım ala bilməyən rayon sakini “getsin nazirliyə,nazirə şikayət etsin,bizə niyə deyir ki?!”Dəhşət orasındadır ki,Quba rayon Sosial Müdafiə Mərkəzinin rəhbərliyini qətiyyən narahat etmir ki, şikayətçi Quba rayonunun sakini olduğundan və bu məsələyə səlahiyyətli onlar olduğundan , elə onlara da müraciət etməlidir.

Bu xırda fakt,rayon səviyyəli məmurun bu utandırıcı sözləri deməsi onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon, şəhər şöbələrin müdirləri belə artıq nazirlərini sayasalmırlar,onun göstərişlərinə əməl etmirlər.Bu bir daha nazirin nəinki əhali arasında,həmçinin tabeçiliyində olan işçiləri arasında belə nüfuzunu itirib.

Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini rayon strukturlarında hal-hazırda demək olar ki, əvvəlkindən dəfələrlə çox hərc-mərclik hökm sürür ki,bu da son nəticədə narazıçılığıqların daha daha da artmasına və sonda,yaxın zamanlarda Fizuli Ələkbərovun çıxarılmasına gətirib çıxaracaq.Mənbənin bildirdiyinə görə əgər əvvəl hakimiyyətin Fizuli Ələkbərovu vurmasına tələsməməsinin kökündə prezident seçkisi öncəsi nazir səviyyəsində edilən dəyişikliyin hakimiyyətin özünə qarşı yönələ bilməsindən ehtiyat etməsi faktoru dururdusa ,indi belə bir təhlükə yoxdur .

Həmçinin bildirilir ki, Misir Mərdanovdan sonra Füzuli Ələkbərovun işdən azad edilməsi seçkiyə və ictimai rəyə hesablanmış addım kimi də qiymətləndirilə bilər.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com