BolgeXeber.Com » Fotoqalereya » Ana Vətən Partiyasının fəalları Şəkidə uşaq evini ziyarət ediblər-Fotolar

Ana Vətən Partiyasının fəalları Şəkidə uşaq evini ziyarət ediblər-Fotolar

1-06-2013, 17:30
Oxunub: 5 206 Uşaqları müdafiə və onlara qayğı,xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqlara qayğı hər bir insanın müqəddəs borcudur. Bu prinsipi əsas götürən Ana Vətən Partiyası Şəki rayon təşkilatının bir qrup fəalı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki şəhərində yerləşən uşaq evini ziyarət ediblər. Ziyarət zamanı orda təhsil alan 40-dan çox uşağa bayram sovqatı təqdim olunub.
Bədii hissədə uşaqlar qonaqlar qarşısında vətənpərvərlik mövzusunda serlər deyib, mahnılar oxuyublar. AVP-nin Şəki rayon təşkilatının sədri Əhməd Həşimov uşaqlar qarşısında çıxış edərək onların bayramını təbrik edib, vətənə layiqli övladlar olmaları üçün tövsiyyələr verib.