Deputat 300 şagird üçün yoxlama imtahanı təşkil edib
2-05-2011, 13:30
Oxunub: 5 548
Məqsəd şagirdlərin ali təhsil müəssisələrinə qəbul olunmalarına köməklik göstərməkdir
Aprelin 27-də Lənkəran şəhər 1 №-li orta məktəbində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun təşəbbüsü və 73 saylı Lənkəran Şəhər seçki dairəsindən deputat Rüfət Quliyevin maddi dəstəyi ilə seçki dairəsinə daxil olan ərazilərdəki 15 orta məktəbin XI siniflərinin 300-ə yaxın şagirdi üçün buraxılış fənləri üzrə yoxlama-sınaq testləri keçirilib.
Deputatın qərargahından Qaynar.info-ya verilən məlumata görə, belə testlər ənənəvi olaraq 2006-cı ildən keçirilir və həm şagirdlər, həm də valideynlər tərəfindən böyük razılıqla qarşılanır.
Testlərin keçirilməsində məqsəd şagirdlərin öz qüvvələrini sınamaq və onların ali təhsil müəssisələrinə qəbul olunmalarına köməklik göstərməkdir.
Testlər başlanmazdan əvvəl müəllimlər, şagirdlər və valideynlərlə görüş keçirilib. Görüşdə deputatın köməkçisi Əzizbala Mustafayev çıxış edib. O, ölkə rəhbərliyinin təhsilə və elmə böyük qayğısından, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yeni təhsil ocaqlarının tikilməsi və əsaslı təmir edilməsi sahəsində böyük fəaliyyətindən bəhs edib, ölkədə gedən nəhəng quruculuq işlərindən, respublikada hökm sürən siyasi və iqtisadi sabitlikdən ətraflı danışıb.
Sonra çıxış edən müəllimlər və valideynlər testlərin keçirilməsinin təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər. /QayNar/
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər