BolgeXeber.Com » Şou-Biznes » "Miss Turkey 2013" seçildi -Video-Foto

"Miss Turkey 2013" seçildi -Video-Foto

2-06-2013, 10:10
Oxunub: 5 644 İstanbul Konqres Mərkəzində “Star TV”nin təşkil etdiyi “Elidor Miss Turkey 2013” gözəllik müsabiqəsinin final gecəsi baş tutub. Tədbirdə Kənan Doğulu səhnəyə çıxaraq Taksimdəki parkda baş verən hadisələrə biganə qalmadıqlarını deyərək əlavə edib ki, tezliklə ölkədə sülh və əmin-amanlıq bərqərar olacaq.

Qeyd edək ki, müsabiqənin final tədbirində gənc nəslin sevimli aktyorları - Engin Altan Düzyatan, Əhməd Qayda, Türkyə kinosunun ulduzlarıdan isə Filiz Akın, Azra Akın, jurnalist Hıncal Uluç, Güneri Cıvaoğlu və moda dizayneri Yıldırım Mayruk iştirak edib.

Tədbirin sonunda münsiflər İstanbul Universiteti Astronomiya və Kosmos Elmləri fakultəsinin birinci kurs tələbəsi - 2 saylı iştirakçı Ruveyda Öksüzü “Miss Turkey 2013” gözəllik müsabiqəsinin qalibi elan ediblər. İkinci yerin sahibi Berrin Keklik olub, üçüncü yerə isə Ezgi Avcı layiq görulub.