BolgeXeber.Com » Media » “Xural” qəzetinin “Texnikabank”a cavabı

“Xural” qəzetinin “Texnikabank”a cavabı

2-05-2011, 15:30
Oxunub: 4 424
“Xural” qəzeti olaraq son həftələrdə heç bir yazı dərc etməmişik.

“Texnikabank ASC-nin mətbuat xidmətinin “Xural” qəzetinin son sayında dərc olunmuş “A.M.A.Y.”-“Texnikabank” cəkişməsini masaya yatırır” sərlövhəli anonsu ilə bağlı yaydığı açıqlamanı təəssüf və heyrətlər içində qarşıladıq. “Xural” qəzeti olaraq son həftələrdə heç bir yazı dərc etməmişik.
Yalnız A.M.A.Y şirkətinin prezidenti Abdulla Abdullayevin iki həftədir müsahibəsini yayınlayırıq və bu həftə müsahibə sona çatacaq. Mövzunun aktuallığını və davam edən Oxucu marağını nəzərə alaraq bu çəkişməni masaya yatırmağı nəzərə aldıq və A.M.A.Y. çəkişməsində adı keçən bütün tərəfləri bu gün qəzetimizdə təşkil etdiyimiz dəyirmi masaya dəvət etdik. Dəvətlilər sırasında ölkənin Baş Prokurorluğu, Mərkəzi bankın səlahiyyətliləri, Texnikabankın söz sahibləri də olub və baş redaktor Əvəz Zeynallı şəxsən adı çəkilən qurumların mətbuat xidmətləri ilə danışaraq, müzakirənin ədalətli və obyektiv keçməsi üçün təmsilçilərinin göndərilməsini xahiş edib.

Biz səlahiyyəti KİV haqqında qanundan almışıq və “Texnikabank”-A.M.A.Y. qarşıdurmasına tərəf deyilik. Abdulla Abdullayevin müsahibəsi bitən kimi “Texnikabank”ın hörmətli Müşahidə Şurasının sədri Etibar Əliyevin də müsahibəsini yayınlamağa hazırıq. “Xural” qəzeti illərlə bu cür dəyirmi masalar keçirir və hələ indiyə kimi kimsə bizə “niyə dəyirmi masalar keçirirsiniz?” deməyib. Deyə də bilməz, çünki bu, bizim işimizdir...
Qəzetin son, 01-07 may 2011-ci il sayında gedən yazı isə, Texnikabankın əleyhinə yazılan yazı, ya da məqalə deyil, tam tərsinə, tədbirin anonsudur - Texnikabank əməkdaşlarının da iştikanı gözlədiyimiz tədbirin.
“Xural” qəzeti hər kəsin cavab haqqını dərc etməyə hazırdır.

“Xural” qəzetinin rəhbərliyi