BolgeXeber.Com » Media » Facebookda müxalifətin iki ən böyük qrupları silindi

Facebookda müxalifətin iki ən böyük qrupları silindi

5-06-2013, 10:35
Oxunub: 6 523 Facebookda bir şeylər baş verir, müəmmalı vəziyyət yaranıb

Facebook sosial şəbəkəsinin ən böyük qruplarından biri olan İSTEFA qrupu silinib. Bolgexeber.com xəbər verir ki, Müsavat Partiyasının sosial şəbəkələrdəki ən aparıcı təbliğat vasitəsi olan qrupun hansı səbəbdən silindiyi və problemlə üzləşdiyi hələlik məlum deyil.

Qrupun adminlərindən biri Amid Suleymanov isə məlumat yayıb ki, hal hazırda məsələ ilə bağlı araşdırma aparırlar. O deyib ki, İSTEFA qrupu səhər saatlarında birdən birə yoxa çıxıb. «Qrupun yaradıcısı kimi qrupun ləğv edilməsi barədə facebookdan mesaj almamışam. Bu gün dostlarımızla problemin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik».

Bundan başqa müxalifətin ikinci böyük qrupu olan XİLAS da Facebookdan silinib. Artıq yarım saata yaxındır ki, XİLAS qrupuna daxil olmaq mümkün deyil. Hal hazırda Facebookda nələrin baş verdiyi məlum deyil. Ortada isə müəmmalı vəziyyət yaranıb.
Xatırladaq ki, XİLAS qrupu AXCP-nin əsas təbliğat yerlərindən biri sayılır və orada 200 minə yaxın üzv var.