BolgeXeber.Com » BÖLGƏ TV » 64 yaşlı müəllim əlil tələbəsini zorladı-VİDEO

64 yaşlı müəllim əlil tələbəsini zorladı-VİDEO

6-06-2013, 16:10
Oxunub: 5 371 Moskvanın poliqrafiya texnikumunun müəllimi tələbə qızları zorlamaqda ittiham olunur
Moskva şəhərində yerləşən 56 saylı poliqraqfiya texnikumunda qalmaqal yaranıb. Belə ki, 64 yaşlı müəllim Konstantin Troiçkini 21 yaşlı Olqa adlı əlil tələbə qızı zorlamaqda ittiham olunur.
Olqanın sözlərinə görə, müəllim onu aldadaraq akt zalına aparıb və orada ona təcavüz edib. Hüquq-mühafizə orqanları hesab edirlər ki, Konstantin öz qurbanını təsadüfən seçməyib. İkinci qrup əlil olan Olqa əqli cəhətdən zəifdir. Həmin vaxt ola bilər ki, Olqa nə baş verdiyini anlamayıb.
Polis hadisə barədə mayın 6-da xəbər tutub. Məhz həmin gün Olqa nənəsi ilə polis idarəsinə gəlib və ərizə yazıb.
“O ki körpə uşaqdır! Əlindən tutsan, dalınca gedəcək. Buna görə mən onu hər yerdə müşayiət edirdim və təkcə dərsə gedəndə özbaşına buraxırdım. Olqa özü heç nə demək istəmirdi. Çünki müəllim ondan heç kimə heç nə danışmamağı xahiş eləmişdi. Mən soruşanda isə hər şeyi etiraf elədi”, – Olqanın nənəsi deyib.
Hüquq-mühafizə orqanları dərhal ekspertiza təyin ediblər və Olqa ilə psixoloqlar işləyiblər. Məlum olub ki, Olqa, doğrudan da, seksual cinayətin qurbanı olub.
Polis əməkdaşının sözlərinə görə, Konstantin poliqrafiya texnikumunda il yarım idi ki, işləyirdi. O, ifaçılıq və rəqs dərsləri keçirdi.


milli.az