BolgeXeber.Com » Fotoqalereya » Mehriban Əliyeva təmirdən çıxmış obyektlərdə olub -FOTOLAR

Mehriban Əliyeva təmirdən çıxmış obyektlərdə olub -FOTOLAR

7-06-2013, 10:30
Oxunub: 5 023 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarındakı bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.

Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış olub. Məscidin axundu hacı Həsən Mehriban Əliyevaya "Qurani-Kərim” hədiyyə edib.

Heydər Əliyev Fondunun prezidenti Binə sakinləri ilə söhbət edib. Sakinlər qəsəbədə görülən işlər, həyata keçirilən layihələrə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildiriblər. Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 74 və 92 nömrəli uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə maraqlanıb. Daha sonra Azərbaycanın birinci xanımı Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 nömrəli uşaq bağçasında yaradılmış şəraitlə tanış olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İmam Rza məscidində və uşaq bağçalarında yaradılmış şəraitdən razılığını bildirib.