BolgeXeber.Com » Media » Elmar Hüseynov anıldı-FOTO

Elmar Hüseynov anıldı-FOTO

3-05-2011, 16:40
Oxunub: 5 564



Jurnalistlər Beynəlxalq Mətbuat Azadlığı Günündə mərhum həmkarlarını tək buraxmadılar

Bu gün saat 12-də mətbuat nümayndələri, hüquq müdafiəçiləri 1 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə 6 il öncə evinin girəcəyində xaincəsinə öldürülmüş jurnalist Elmar Hüseynovun məzarını ziyarət ediblər.

Ziyarətdə iştirak edən reportyorumuzun sözlərinə görə, bu, artıq ənənə halını alıb və Azərbaycan mediasının təmsilçiləri mərhum jurnalistə təkcə doğum və ölüm günlərində deyil, bu sayaq əlamətdar günlərdə də yad edir, onun məzarına çiçək dəstələri qoyurlar. Ziyarətə gələnlər arasında ölkə jurnalistləri, media kapitanları, mərhum jurnalisitin atası Sabir Hüseynov və ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin var idi. Jurnalistlər çıxışlarında mətbuatın hazırkı durumundan da söz açdılar.