BolgeXeber.Com » BÖLGƏ TV » 16-cı "kolon"da qiyam – Video -Foto

16-cı "kolon"da qiyam – Video -Foto

8-06-2013, 09:30
Oxunub: 5 509 Cəzaçəkmə müəssisəsinə xüsusi təyinatlılar göndərilib; vəziyyət gərgindir

Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbuslar qiyam qaldırıb. Həbsxanada cəzaçəkən məhkumlar saxlanma şəraitlərinin yaxşılaşdırılmasını və rəhbərliyin məhkumlarla davranışlarının yumşaldılmasını tələb edirlər.

Hadisə yerində olan müxbilərin məlumatına görə, hazırda həbsxanaya Ədliyyə Nazirliyinin iki avtobus əsgəri və xüsusi təyinatlılar cəlb edilib. Bildirilir ki, hadisə yerinə ezam olunan hərbi kontingentin komandiri qiyam qaldıran məhkumlarla danışıqlar aparmaq üçün həbsxanaya daxil olub. Əsgərlər isə həbsxanadakı üsyana müdaxilə etmək üçün əmr gözləyir.

Həbsxanada baş verən qalmaqala səbəb iki məhkumun özünü doğraması olub.

Hadisə belə cərəyan edib: İki məhbus həbsxanada telefon danışıqlarına nəzarət edən şəxsi vurub. Bunun ardınca isə həbsxana işçiləri yığışaraq həmin məhkumları çox möhkəm formada döyüblər. Həbsxana əməkdaşları tərəfindən möhkəm döyülən məhkumlar isə özlərini doğrayıblar.

Hadisələr də məhz bundan sonra başlayıb. Həbsxanada cəza çəkən digər məhkumlar döyülən və özlərini doğrayan məhbus yoldaşlarının müdafiəsinə qalxıblar və “kolon”da rəhbərliyə qarşı üsyana qalxıblar.

Tia.Az xəbər verir ki, hazırda hadisə yerinə Penitensiar Xidmətə məxsus təcili yardım maşınları cəlb edilib.

Həmçinin, həbsxanadakı vəziyyətdən xəbər tutan məhbus yaxınları da 16 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına toplaşıblar.

Hazırda həbsxananın girişi bağlanıb və kənar şəxslərin yaxınlaşması qadağan edilib.Gərginlik davam edir.
17:45

Son məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus “Voronok”larla 4 nəfər məhkum 16 saylı Cəzaçəkmə Müəssisəsindən çıxarılaraq, başqa həbsxanaya - “kars”a salınmağa aparılıb. 16-cı “kolon”dan çıxarılan məhkumların baş verən qiyamın rəhbərləri olduğu bildirilir.

Onu da qeyd edək ki, hazırda həbsxananın ətrafında məhbus ailələrinin sayı getdikcə çoxalır. Əməkdaşımızın sözlərinə görə, məhbusların yaxınları həbsxanadan çığırtı səslərinin gəldiyini bildirirlər.

19:45

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin16 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyət nisbətən sakitləşsə də, xüsusi təyyinatlılar hələdə hadisə yerindədirlər.
Eyni zamanda, bəzi məhkumların yaxınları da cəzaçəkmə müəssiəsinin ətrafına toplaşıblar. Onlardan birinin narahatçılığını əks etdirən kiçik video lenti təqdim edirik: