BolgeXeber.Com » Media » Mətbuat Şurasının sədrinin adından baş redaktora kim zəng vurub?

Mətbuat Şurasının sədrinin adından baş redaktora kim zəng vurub?

8-06-2013, 10:05
Oxunub: 4 583 Hesab edirik ki,06.06.2013-cü il tarixdə, günorta saatlarında Qafqazregion.az xəbər portalının baş redaktoru Mahmud Rasimoğlunun başına gələn qəribə hadisə oxucuların da marağına səbəb olacaq . Belə ki,baş redaktorun Qafqazregion.az-a bildirdiyinə görə naməlum şəxs onun mobil telefonuna zəng edərək özünü Mətbuat Şurasının sədri Əflatun Amaşov kimi təqdim edib. Həmin adam birinci kobud surətdə baş redaktora “sən”lə müraciət edib.Lakin baş redaktorun iradından sonra “Əflatun Amaşov” özünün səhvini düzəldərək “siz”ə keçib. Sonra o məsələnin məğzinə keçərək deyib ki,bəs guya bizim xəbər portalında Daxili İşlər Nazirliyinin əməkdaşlarına ləkə yaxan yazılar gedir.
”Qardaş bu nə məsələdir,Samuxun polis rəisindən niyə əl çəkmirsizniz? Bir mövzunu gündəmdə nə qədər saxlamaq olar? Polislə bağlı problem nədən ibarətdir?”- deyə zəng edən şəxs baş redaktora suallar yağdırıb.Ümumiyyətlə çox əsəbi şəkildə danışan və fikirlərini aydın ifadə edə bilməyən,ara-sıra nə demək istədiyi başa düşülməyən, baş redaktoru jurnalistən çox polisə oxşadan şəxs, baş redaktora , özü, danışığı ilə Mətbuat Şurasının sədrindən çox DİN-in sözçüsünü xatırladıb. Ümumiyyətlə bu danışığın audio yazısına qulaq asdıqda həmin şəxsin danışıq qabiliyyəti, bizdə , baş redaktorla danışan şəxsin həqiqətən Əflatun Amaşov olmasına şübhə yaradıb. Oxucuların nəzərinə çatdıraq ki, bir müddət əvvəl Qafqazregion.az xəbər portalında oxucularda böyük maraq doğurmuş "“Qırmızı kitab”la hesablaşmayan ov xəstəsi olan rəis" və“Samux RPŞ-nin rəis əvəzi baş redaktoru şantaj edir” adlı məqalələr dərc olunmuşdur.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə baş redaktorumuz Mahmud Tağıyev ilə telefon əlaqəsi saxlayaraq adıçəkilən məqalələrdəki məsələyə münasibət bildirmişdir. Qafqazregion.az xəbər portalı olaraq biz də bu məsələni araşdırdıq və müəyyən etdik ki, saytımızda dərc olunan adı çəkilən məqalələrdə bir sıra faktlar həqiqəti əks edib ,ancaq , eyni zamanda adı çəkilən rəsmilərin dediklərini təsdiq edərək bildirdik ki, yazılarda həqiqətən qeyri-dəqiq ifadələrə və yanlışlıqlara da yol verilib və nəticədə yazıda həqiqətə uyğun olmayan bir sıra məqamlar da yer alıb. Bunu nəzərə alaraq yazılardakı həmin məqamlarla bağlı təkzib verdik.
Onu da qeyd edək ki, bu cür münasibətimiz bir daha onu sübut etdi ki,Qafqazregion.az mətbu orqan olaraq həmişə obyektiv olmağa çalışır və heç kimə qarşı qərəzli mövqe sərgiləmir. Ancaq bu zəng bunu deməyə əsas verir ki,biz həmin mövzudan əl çəksək də ,görünür həmin məmurlar bizdən əl çəkmək istəmirlər.

Bundan başqa qeyd edək ki, özünü Əflatun Amaşov kimi təqdim edən şəxs həmin yazıların dəyərli ,həqiqət olduğunu və əhəmiyyət kəsb etdiyini və bunun aparılan monitorinqlər nəticəsində təsdiqləndiyini də bildirməyi unutmayıb.Lakin o deyib ki,guya onların apardığı digər monitorinq nəticəsində məlum olub ki, guya biz saytı yeni materiallarla yeniləmirik,adıçəkilən yazıları gündəmdə saxladığımızdan guya onlar artıq “qıcqırıb”. Zəng edən şəxs hələ baş redaktorumuza tövsiyə və məsləhət də verib ki,saytı ,hər gün gündəmdə olan ,bölgədə baş verən müxtəlif mövzulu hadisələrlə yeniləmək lazımdır.Çünki, onun məntiqinə görə bir mövzunu uzun müddət gündəmdə saxladıqda saytın səviyyəsi düşür və bunu yenə də ,aparılan monitorinqin nəticələri deyir.

Zəng edən şəxs həmçinin saytı qərəzli mövqe nümayiş etməkdə ittiham edib.Onun sözünə görə əgər hər hansı bir mövzudan,məsələn hansısa rayondan,qurumdan , məmurdan bəhs edən məqalə uzun müddət gündəmdə saxlanılırsa, bu demək mütləq qərəz xarakteri daşıyır. Onun dediyinə əgər qarşı tərəfə öz fikrini deməyə imkan verilibsə,demək məsələ artıq şişirdilməməli ,bağlanmalıdır. Çünki,onun dediyinə görə sayt öz işi ilə məşğul olmalıdır,aidiyyatı orqanlar da yazıdan özü nəticə çıxartmalıdır və məsələyə müvafiq hər hansı tədbir görülməsi də artıq onların işidir .
O, araşdırma aparılmasının jurnalistin peşə borcu olmasını bildirsə də, bizim məhkəmə, hüquq- mühafizə orqanı olmamağımızı,buna görə də kimisə,nədəsə ittiham etməyimizin düzgün olmamasını da deməyi unutmayıb. Əvvəla onu bildirək ki,deyilən kimi biz ümumiyyətlə zəng edən şəxsin Mətbuat Şurasının sədri Əflatun Amaşov olmasına şübhə edirik. Çünki onun bu cür tonda ,özü də məntiqsiz danışmasına və məsələyə Mətbuat Şurasının sədrinə uyğun olmayan şəkildə münasibət bəsləməsinə inanmırıq.İkincisi isə, bu şəxs hər kim olur- olsun onun söylədiklərinə cavab olaraq onu bildirməyi özümüzə borc bilirik ki,Qafqazregion.az öz fəaliyyəti dövründə heç bir zaman kimsəyə qara yaxmayıb və həmişə obyektiv olmağa çalışıb.
Xatırladaq ki, Qafqazregion.az bir çox elektron mətbu orqanlardan fərqli olaraq təkcə sözdə yox,həm də əməldə həqiqətən tam müstəqil informasiya siyasəti həyata kecirən internet mətbu orqanıdır .Bəlkə də qanunu pozan məmurları da qıcıqlandıran elə bizim bizim müstəqil olmağımızdır.Bu səbədən də xəbər portalımız özünə çoxsaylı və dəyərli oxucu kütləsi yığmağa nail olub.Onu da deyək ki,özünü Əflatun Amaşov kimi təqdim edən şəxsin dediklərinin əksinə olaraq xəbər portalımız hər gün müxtəlif səpkili çoxsaylı xəbərlərlə yenilənir və saytımızda daha çox ciddi məsələlərdən bəhs edən analitik ,tənqidi ,maarifləndirici yazılara yer verilir. Saytın bölümlərində müxtəlif maraq dairəsi olan oxucular reportajlardan, araşdırmalardan, siyasətdən şou-biznesə qədər geniş spektrdə olan maraqlı materiallarla tanış ola bilirlər.
Xəbər portalımızda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yeniliklərlə,ordumuzla bağlı məsələlərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər operativ şəkildə oxuculara çatdırılır .Sual olunur,necə olur ki, zəng dən şəxs özünün görmək istədiyini görür,ancaq o monitorinq nəticəsində sadaladıqlarımızı görmür?!O ki,qaldı haqqında söhbət gedən yazının gündəmdə bilərəkdən saxlanmasına ,onu deyə bilərik ki,bu yazı mövzuda yuxarıda qeyd etdiyimiz kimi cəmi iki yazı gedib və saytda aidiyyatı orqanın məsələyə bildirdiyi münasibət və bizim verdiyimiz təkzib öz əksini tapıb.
Məsələyə başqa bir tərəfdən yanaşsaq,əslində bir mövzu haqda dalbadal yazıların çıxması və mövzunun gündəmdə saxlanılması hələ onun qərəz xarakteri daşıması demək deyil.Qərəzə qalsa əslində bizə qarşı qərəzli yanaşırlar,nəinki biz hansısa məmura...Bu şəxsin yanlış məntindən belə çıxır ki,əgər hər hansı bir mətbu orqan,istər elektron ,istərsə də mətbu KİV bu gün Qarabağ dərdimizi ,ölkədə gedən quruculuq işlərini qabartmaqla,onları gündəmdə çox saxlamaqla öz səviyyəsini aşağı salır.Zəng edən şəxs danışığında ziddiyətli fikirlər söyləyir.Həm bildirir ki, Azərbaycanda söz azadlığı,ifadə azadlığı var,həm də mətbu orqana bir növ basqı edir və məsləhət verir ki,öz işimizlə məşğul olaq... Halbuki biz elə öz işimizlə məşğil oluruq.
Mətbuatın işi ,elə , cəmiyyəti narahat edən ölkədəki problemləri qabardaraq üzə çıxarıb onu ictimaiyyətə,aidiyyatı orqanların diqqətinə çatdırmaqdır ki,bununla da mətbu orqan dövlətə yardım etmiş olur.Nahaq yerə mətbuatı dördüncü hakmiyyət adlandırmırlar ki?!Bir məsələnin gündəmdə saxlanılması ,yazıda əks olunan problemin aidiyyatı orqanlar tərəfindən həll olunmadığı təqdirdə də baş verə bilir.Aidiyyatı dövlət qurumunun təkzibi də bu baxımdan hələ heç nə demək deyil. Əslində dövlət orqanı özü , məmurların fəaliyyətində edilən qanunsuzluqların ,nöqsanların mətbu orqan tərəfindən araşdırılaraq üzə çıxarılmasında maraqlı olmalıdır.Çünki ,əgər hansısa məmur haqda tənqidi yazı həqiqəti əks etdirirsə, bununla dövlət, az vaxt ,az qüvvə sərf edərək həmin məmuru tez bir zamanda cəzalandırmaq imkanı əldə edir.Hələ biz onu demirik ki, bununla külli miqdarda dövlət vəsaitinə qənaət etmiş olunur.Ümumiyyətlə son zamanlar Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin göstərilməsinin fonunda belə münasibət bizdə təəsüf hissi doğurur. Axı, mətbuatın missiyası ilk növbədə cəmiyyətin naqisliklərini, dövlətin və hökumətin idarəetməsindəki çatışmazlıqları ictimai rəyin diqqətinə çıxarmaqdan ibarətdir.

Bu səbəblərdən biz düşünür ki, bu zəng də sırf baş redaktora psixoloji təyziqlərdən biridir.Ola bilsin ki, Samux RPŞ-nin rəisinə yaxın,əziz olan hansısa insan “yalançı”Əflatun Amaşovdan xahiş edib ki,bizimlə bir profilaktik söhbət etsin və heç bir monitorinq-filan aparılmayıb...
Sonda onu da deyək ki, hadisə ilə əlaqədar baş redaktor Mahmud Rasimoğlu artıq Daxili İşlər naziri Ramil Usubova müraciət etməyə hazırlaşır və hansı nömrədən zənq olunubsa,həmin nömrə və yalançı Əflatun Amaşovla bağlı audio yazı Daxili İşlər Nazirliyinə təqdim olunacaq. Biz inanırıq ki,cənab nazir Ramil Usubovun əmri ilə yalançı Əflatun Amaşov tez bir zamanda tapılacaq.
Memo