BolgeXeber.Com » BÖLGƏ TV » İranda 32 gün həbsdə olan Xalidə Xalid danışdı -VİDEO

İranda 32 gün həbsdə olan Xalidə Xalid danışdı -VİDEO

11-06-2013, 08:40
Oxunub: 4 918 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid ANS TV-də yayımlanan “Baş xəbər” verilişinin qonağı olub. X.Xalid bildirib ki, 14 ildir Məhəmməd Hüseyn Şəhriyarla bağlı araşdırma aparır. Bu günə kimi o, 1000-ə yaxın elmi məqalələr və nəşrlər toplusu əldə edib.
“Hazırda 4 cilddən ibarət kitab üzərində işləyirəm. Namizədlik dissertasiyasını bu il müdafiə etdikdən dərhal sonra kitabları ictimayyətə təqdim edəcəm”,- deyə Xalidə Xalid bildirib.
Araşdırmaçı-yazar həmçinin İranda necə həbs edildiyindən danışıb. Xalidə Xalid qeyd edib ki, axşam saatlarında İranın dövlət qurumlarının nümayəndələri qaldıqları evə gələrək onlarla birlikdə getmələrini istəyiblər: “Bundan sonra onlar İrana gəlişimizin məqsədilə bağlı bizi sorğu-sual etdilər. Bizə əsasən protokol qaydalarını pozduğumuza görə, saxladıqlarını bildirdilər. Məhəmməd Hüseyn Şəhriyarla bağlı araşdırma aparmaq üçün mütləq İranın Azərbaycandakı səfirliyindən rəsmi qaydada icazə almalıydıq. Amma biz bunu etməmişdik, günah bizim özümüzdə olub. Çalışacam ki, bu hal bir daha təkrar olunmasın. İranda həbsdə olduğum 32 gün ərzində bizə münasibət normal olub, hec bir təzyiqə məruz qalmamışıq. Hər gün azad olacağım günu səbirsizliklə gözləyirdim”.